Şriftin ölçüsü :

Saytın rəngi :

“Xatirə bağı” beynəlxalq aksiyası davam edir

07 may 2021 | 16:00

Bugün Xəzər rayonunun Türkan qəsəbəsində 9 May Qələbə Günü münasibətilə Azərbaycan Kazak Həmyerliləri Cəmiyyəti və Xəzər RİH iştirakı ilə “xatirə bağı”nı salması aksiyası həyata keçirilmişdir. “Xatirə bağı”nda 150 ədəd şam ağacı əkilmişdir.

 

Aksiyanın məqsədi Böyük Vətən Müharibəsi illərində həlak olmuş 27 milyon insanın sayı qədər ağac əkməkdir.

 

 

Aksiyada həmçinin Rusiyanın Azərbaycandakı səfirliyinin, Rus-Azərbaycan Əməkdaşlıq Nümayəndəliyinin əməkdaşları və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının nümayəndələri iştirak etmişlər.

 

 

Aksiya xüsusi karantin rejiminin qaydalarına riayət edilərək keçirilmişdir.

Keçidlər