Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin yaşı 40-dan yuxarı olan əməkdaşları “COVID-19” əleyhinə ikinci doza peyvənd olunublar

01 may 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində hazırda Xəzər rayonunda vətəndaşların vaksinasiya prosesi uğurla davam etdirilir.
  Rayon sakinləri vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq bu prosesdə xüsusi fəallıq nümayiş etdirirlər.

 

Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi başda olmaqla digər idarə, müəssisə və təşkilatlarda çalışan, yaşı 40-dan yuxarı olan əməkdaşlar könüllü olaraq ikinci doza peyvənd olunublar.

 

Rayon əhalisinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülmüş, rayon üzrə fəaliyyət göstərən tibb mərkəzlərində peyvənd otaqları zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmişdir. Bundan əlavə, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar tərəfindən vətəndaşlar arasında maarifləndirmə işləri aparılır,  könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində randevu.Its.gov.az internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməkliklər  göstərilir.

Keçidlər