Xəzər rayonunda «Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol üzrə Xəzər rayon turniri”nin bağlanış mərasimi keçirilmişdir.
23 aprel - 05 may 2014 – ci il tarixlərdə Xəzər rayonunda rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə “ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkili , idman və sağlam həyat tərzini təbliğ etmək, ən güclü futbolçuları aşkar etmək, bu idman növünü rayonda inkişaf etdirmək, « 2005-2015-ci illər ərzində Futbolun inkişafı Dövlət proqramı « nın icrasını təmin etmək məqsədilə Futbol üzrə Xəzər rayon turnirinə yekun vurulmuşdur.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısı cənab Gülağa İslamov , millət vəkili Rauf Əliyev , YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər rayon idman həvəskarları iştirak etmişdilər.
Bağlanış mərasimindən öncə Futbol üzrə final oyunu keçirilmişdir. Yarışlar “Dalğa Arena “və “ Azal Arena “ stadionlarında keçirilmişdir. Ümumilikdə rayon turnirində 8 komanda tərkibində 216 nəfər futbolçu iştirak etmişdir . Yarışda I,II və III yerləri tutmuş komandalar Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplomlar və hədiyyələrlə mükafatlandırılmışdırlar.
Yekun nəticələrə görə birinci yeri “Binə Bələdiyyəsi” komandası ikinci yeri “Mərdəkan Bələdiyyəsi” komandası üçüncü yeri isə “Şüvəlan Bələdiyyəsi” komandası tutmuşdur.