Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş rəsm və əl işlərindən ibarət

01 may 2014 | 15:00

24 aprel  2014-cü il tarixdə Xəzər rayonu Şüvəlan Gənclər evində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş  rəsm və əl işlərindən ibarət sərgi keçirilmişdir.
        Tədbirdə Millət vəkili Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər rayon İnkişaf  Fondunun sədri İlqar Mustafayev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov  və Rəssamlıq Akademiyasının dosentləri Faiq Əkbərov, Rəşad Mehtiyev, Namik Məmmədov, Məmmədhüseyn Hüseynov və  Beynəlxalq şöbənin mütəxəsisi Elnarə Misirli iştiakı etmişdir.
         Xəzər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İnkişaf Fondunun birgə keçirdiyi  tədbirdə   rayonun orta ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin əl işləri və rəsmləri nümayiş olunmuşdur.
        Sərgidə 123, 237 saylı məktəbləri, Zirə Mədəniyyət evini, 28 saylı Uşaq Yaradıcılıq Mərkəzini  təmsil edən gənc rəssamlar iştirak etmişdir. Sərgidə fərqlənən gənc rəssamlara müxtəlif xatirə  hədiyyələri təqdim edilmişdir.
        Tədbirin sonunda sərgidə iştirak edənlərə “cooffe break” təqdim olunmuşdur.

Keçidlər