Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət olunur
Aprelin 1-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Vəliyev Müslüm Vəliağa oğlunun ailəsini ziyarət ediblər. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.
Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.
Xatırladaq ki, Müslüm Vəliyev torpaqlarımızın erməni işğalından azad olması istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.