Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət olunur

26 mart 2021 | 16:00

  Martın 26-da Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Abdullazadə Qasım Əli oğlunun ailəsini ziyarət ediblər. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.
 Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.
  Xatırladaq ki, Abdullazadə Qasım torpaqlarımızın erməni işğalından azad olması istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

 

Keçidlər