Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb

22 mart 2021 | 16:00

Xəzər rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Novruz bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin və  qazilərimizin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları təqdim olunmuşdur.

  

 

Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, əlamətdar günlərdə yad olunmalarını razılıq hissi ilə qarşılayıblar. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.

 

   Bayram münasibətilə rayonda yaşayan aztəminatlı ailələrə də yardımlar edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bayram münasibətilə şəhid ailələri və qazilərlə yanaşı, rayonda yaşayan aztəminatlı ailələrə də ənənəvi olaraq sovqatlar paylanılmışdır.

  

 

  Bu nəcib aksiyaya “YAŞAT” Fondu, Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), iş adamları və könüllü yardım edən xeyirxah insanlar qoşularaq, mütəmadi olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri,  qazilər, rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılmışdır.

 

 

 

 

Keçidlər