Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2014-cu ilin I rübündə sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat konfransı keçirilmişdir.

18 aprel 2014 | 15:00

2014-cü il aprel ayının 17-də Xəzər rayon İcra Hakimiyyətində rayonun idarə-müəssisə rəhbərlərinin iştirakı ilə Xəzər rayonunda 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat konfransı keçirilmişdir.
     13 aprel 2014-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cu ilin 1-ci rübündə sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında  ölkə başcısı qeyd etmişdir ki, ötən dövrdə  iqtisadiyyatımız 2,5 faiz,  qeyri neft sektorunun inkişafı 8,8  faiz, əhalinin pul gəlirləri  4,5 faiz, kənd təsərrüfatında artım 3 faiz artmışdır.İşsizliyin səviyyəsi azalmış, yoxsullugun səviyyəsi  10 faizdən  aşagı olmuşdur. İnfilyasiya  cəmi 2 faiz təşkil etmişdir. 
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
     Ötən dördə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
      Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir. Mərdəkan qəsəbəsində Heydər Əliyev adına məkəzi parkda yenidənqurma işlərinə başlanılmış və hazırda da işlər davam etdirilir. Umumi sahəsi 2,6 hektar olan  parkda 17 min 274  kv.m üzlük yer daşı, 2800 paqon metr səki daşı, 1100 kv.m üzlük daşı, 85 kv.m qranit daşı, 3.800 paqon metr aglay daşı vurulmuş, 14 min 144 kv.m sahəyə qazon əkilmiş, 1580 paqon metr su xətti, 690 paqon metr elektrik xətti çəkilmiş və 171 paqon metr qaz xəttinin yeri dəyişdirilmişdir. Parkın ərazisində səhnə, 3 fəvvarə və 3 söhbətgah tikilmiş, N.Rəsulov küçəsindəki, parka paralel olan 5 mərtəbəli yaşayış binasının 1080 kv.m damı  yenidən qurulmuş, hazırda binanın fasadına müasir üslubda aglay daş vurulur.
Yaşıllıqların salınması ilə əlaqədar 2014-cü ilin 1-ci rübü  ərzində rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə   34 min 824 agac əkilmişdir. Mərdəkan qəsəbəsində 2500, Şüvəlan qəsəbəsində 564, Binə qəsəbəsində 150, Buzovna qəsəbəsində 750, Zirə qəsəbəsində 30 min, Türkan    qəsəbəsində 750, Şagan  qəsəbəsində 110 agac əkilmişdir. Hazırda da  ərazilərdə     yaşıllıqların salınması və onlara aqrotexniki qulluq  işləri  davam etdirilir.
       Hesabat dövründə Şüvəlan-Mərdəkan-Qala və Qala-Pirallahi  magistral yollarının yenidənqurulması ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri qanuni tikililər sökülür. Hazırda da həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Fərmana müvafiq olaraq işlər davam etdirilir.
       Hesabat dövrundə rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri istiqamətində  Şüvəlan qəsəbəsində 6 min 813 kv.m, Mərdəkan qəsəbəsində 8 min 100 kv.m olmaqla cəmi rayon üzrə 14 min 913 kv.m yeni asfalt örtüyü salınmışdır.
       Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində 31 min  kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 9 min 930  ton içməli su daşınmışdır.Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 1733 ton cirkab maye daşınmışdır.
      Qaz təchizatı ilə baglı hesabat dövründə rayonun Qaz İstismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində müvafiq işlər görülmüşdür. Mərdəkan qəsbəsində 1900 , Buzovna qəsəbəsində 8070, Binə qəsəbəsində 4042 , Türkan qəsəbəsində 1200,Qala qəsəbəsində 2100, Şüvəlan qəsəbəsində 1100, Zirə qəsəbəsində 700, Şagan qəsəbəsində 2000 paqon metr olmaqla cəmi rayon uzrə 21 min 112 paqon metr  qaz xətti çəkilmiş və dəyişdirilmişdir
      Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 92 % , abonentlərin ödənişdə  iştirakı isə 65 faiz olmuşdur.Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış 
İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 2 ədəd yeni transformator məntəqəsi quraşdırılmış və 2 ədəd güc transformatoru dəyişdirilmiş, 274 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub, 9 min 234 metr kabel  çəkilmişdir.
      Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 97,2 faiz, abonentlərin ödənişdə iştirakı 67% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə  müxtəlif ölçülü 296,5 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş, bunun da 45 paqon metri binaların zirzəmisində olan istismara tam yararsız vəziyyətdə olan su xətlərinin yenisi ilə əvəz edilməsinə sərf edilmişdir. Əhalini su təminatını yaxşılaşdırmaq məqsədilə 3 ədəd su quyusunun  nasosları  yenisi ilə əvəz edilmiş, 15 ədəd su quyusunda təmir işləri aparılmışdır.
     Kanalizasiya xəttləri üzrə keçən dövrdə  mexaniki usulla və maşınla cəmi 12.400 paqon metr kanalizasiya xətti ,  26 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmişdir . Dövlət Proqramına uygun olaraq hesabat dövründə Binə qəsəbəsində 1239 , Qala qəsəbəsində 685 paqon metr olmaqla cəmi rayon ərazisində 1924 paqon metr kanalizasiya xətti çəkilmişdir.
      Hesabat dövründə əhaliyə  569 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 526,7 min manat yıgım aparılaraq ödənişə 92,65 faiz nail olunmuşdur.
     Hesabat dövründə Təhsil, Mədəniyyət, Gənclər və idman sahələri  üzrə  Buzovna qəsəbəsində Mədəniyyət evi və Şüvəlan qəsəbəsində Gənclər Evi yenidən tikilərək istifadəyə verilmiş, Şagan qəsəbəsində isə 124 saylı məktəb üçün yeni binanın tikintisi davam etdirilir.
      Səhiyyə sahəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının göstərişinə uyğun olaraq 2014-cü ilin fevral ayının 17-dən başlayaraq may ayının 1-dək Respublika əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
      Xəzər rayonunda əhalinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə Xəzər RİH Başçısının 11.02.2014-cü il tarixli, 110 nömrəli Sərəncamı ilə komissiya yaradılmış, rayonun idarə, müəssisə və təşkilatlarının, qəsəbə nümayəndəlikləri, bələdiyyə sədrlərinin iştirakı ilə geniş yıgıncaq keçirilmiş ,  tibbi müayinənin mütəşəkkil keçirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Rayonun ərazi bölgüsünə uyğun olaraq Mərdəkan, Şağan, Qala və Şüvəlan qəsəbəsinin bir hissəsinin 31000-ə yaxın  əhalisi 26 №-li Birləşmiş Şəhər Xəstəxanası, Şüvəlan qəsəbəsinin digər bir hissəsi və Şimal DRES yaşayış sahəsində yaşayan 5369 nəfərə yaxın əhali 31 №-li BŞX-sı, Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivində yaşayan 19365 nəfər əhali 14 №-li BŞX-sı, Binə qəsəbəsi və Hövsan südçülük sovxozu ərazisində yaşayan 25400 nəfərə yaxın  əhalinin Binə qəsəbəsi 29 №-li BŞX-sı, Türkan qəsəbəsində yaşayan 8300 nəfərə yaxın  əhali 17 №-li Şəhər Poliklinikası, Zirə qəsəbəsində yaşayan 8437 nəfər yaşlı əhalinin Zirə Müalicə-Diaqnostika Mərkəzi tərəfindən tibbi müayinədən keçirilməsi qərara alınmışdır. Müayinə zamanı ilk növbədə rayonun idarə və müəssisələrində işləyən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Ilkin müayinələr həkim-terapevtlər tərəfindən aparılaraq, ehtiyac duyulduğu təqdirdə vətəndaşlar digər ixtisaslı həkimlər tərəfindən müayinə olunmuş, müxtəlif labarator-instrumental müayinə metodlarından keçmişlər.
       Ümumilikdə fevral-mart aylarında Xəzər rayonunda 31801 nəfər şəxs tibbi müayinədən keçmiş, 3809 nəfər ambulator müalicəyə, 287 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Göstərilən dövr ərzində rayon üzrə 91 xəstədə endokrin xəstəlikləri, 10 xəstədə ruhi pozuntu, 40 nəfərdə qan və qanyaradıcı orqanların xəstəlikləri, 354 nəfərdə sinir xəstəliyi, 381 nəfərdə göz xəstəliyi, 61 nəfərdə eşitmə pozuntusu, 353 nəfərdə qan dövranı xəstəliyi, 272 nəfərdə tənəffüs orqanları xəstəliyi, 70 nəfərdə dəri xəstəlikləri, 94 nəfərdə sümük-əzələ sistemi xəstəlikləri, 153 nəfərdə sidik-cinsiyyət orqanları xəstəlikləri, 2 nəfərdə anadangəlmə anomaliyalar aşkar edilərək qeydiyyata götürülmüşdür.
       Müayinə dövründə 1249 nəfər Rentgen, 2450 nəfər Ultrasəs, 1474 nəfər elektrokardioqramma, 6761 nəfər müxtəlif laborator müayinələrdən keçirilmişdir.
       Tibbi müayinənin gedişi dəfələrlə mətbuatda və televiziyalarda geniş işıqlandırılmışdır. Hazırda da Tibbi müayinə davam edir və əhalinin müayinədən keçməyən hissəsinin muayinəyə cəlb edilməsi istiqamətində davamlı işlər aparılır.
       Hesabat dövründə Azərbaycan xalqının umummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 ci ildönümü münasibətilə silsilə tədbirlər kecirilmiş, hazırda da bu istiqamətdə işlər davam etdirilir. Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar  Xəzər rayonunun məktəblərinin XI sinif şagirdləri üçün  YAP Xəzər rayon təşkilatının binasında mühazirələr təşkil olunmuşdur. Rayonda üzrə 29 tam orta məktəbdə, 2 gimnaziyada və  6 Laçın , 2 Şuşa, 3 Kəlbəcər , 2 Ağdam və 1 Cəbrayıl rayonu (Quycaq) məcburi köçkün məktəbində, ümumilikdə, 45 məktəbin XI siniflərində 1416 nəfər şagird təhsil alır. Tədrisə cəlb olunan XI sinif şagirdlərinin dərsləri mart, aprel və may ayları üzrə bölünmüşdür. Qrafikə uyğun olaraq 2014-cü ilin mart ayında rayonda fəaliyyət göstərən 29 tam orta məktəbin 937 nəfər XI sinif şagirdi tədrisə cəlb olunmuşdur.
       Heydər Əliyev irsinin öyrənilməsi və təbligi ilə əlaqədar dərslərin tədrisini həyata keçirmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Xəzər rayonunun 12 məktəbindən 15 nəfər tarix müəllimi seçilmişdir. Mart ayında tədrisdə iştirak etmiş XI sinif şagirdlərinə 7 mövzu üzrə hər biri 2 saat olmaq şərti ilə 14 dərs keçirilmişdir. Mövzular slaydlar vasitəsilə şagirdlərə  əyani izah olmuşdur.
        Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərin tədrisi may ayının 29-na kimi davam edəcəkdir.
       2014-cu ilin 1-ci rübündə Xəzər RİH Aparatına 814 ərizə, şikayət və müraciət və 351 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 814 ərizə və muraciətdən 307 ərizə musbət həll edilmiş, 440 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 67 müraciət isə icraatdadır.
Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 27 nəfər vətəndaş olmuşdur. Maddi köməklik edilməsi ilə  əlaqədar  3 nəfər aztəminatlı vətəndaşa    maddi yardım göstərilmişdir.
2014-cü ilin 1-ci rübündə RİH Başçısı tərəfindən qəsəbələrdə 6 səyyar qəbul keçirilmiş, 410 nəfər iştirak etmiş və 18 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş  müraciətlərin  əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
      Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Keçidlər