Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət olunur

18 mart 2021 | 16:00

   Martın 18-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid Kərimov Mustafa Mais oğlunun ailəsini ziyarət ediblər.
   Qeyd edək ki, Kərimov Mustafa torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.
    Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.
   Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.
     Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

Keçidlər