Xəzər rayonunda ümumrayon iməciliyi keçirilmişdir
Fevralın 23-dən başlayaraq Bakı şəhərinə yağan qardan sonra Xəzər rayonunda ümumrayon iməciliyi keçirilmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhər saatlarından etibarən rayon ərazisində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılmışdır.
Rayon ərazisində prospekt və mərkəzi küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, dayanacaqların, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yeraltı piyada keçidlərinin və parklarda mövcud olan oturacaqların, eləcədə, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri həyata keçirilmişdir.
Ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak etmişlər.