Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciənin günahsız qurbanları hər il xalqımız tərəfindən dərin hüznlə yad edilir.

26 fevral 2021 | 16:00

 Tarixi faktdır ki, Xocalı Soyqırımı erməni qəsbkarları tərəfindən, nəinki Azərbaycan xalqının tarixində, ümumilikdə Dünya miqyasında misli görülməmiş vəhşilikləri özündə ehtiva edən bəşəri cinayətdir. 26 Fevral faciəsi və bu faciənin günahsız qurbanları hər il xalqımız tərəfindən dərin hüznlə yad edilir.

 

  

    Hər il olduğu kimi bu il də, Xəzər rayonunda fəaliyyət göstərən tam orta məktəblər “Xocalı soyqrımının 29-cu ildönümü” ilə bağlı bir sıra tədbirlər, anım mərasimləri həyata keçirmişlər. Belə ki, məktəblərdə 19-26 fevral tarixləri “Xocalı həftəsi” elan olunmuşdur. Bu həftə ərzində bütün virtual və əyani təşkilat saatları “Xocalı faciəsi”nə həsr olunmuş, seminar məşğələləri, onlayn rəsm və şeir müsabiqələri keçirilmişdir.  25 fevral 2021-ci il tarixdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10 bəndinin icrasını təmin etmək məqsədilə Xəzər rayon tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda online rəsm və inşa yazı müsabiqələri keçirilmişdir: Rəsm müsabiqəsində  26 saylı tam orta məktəbin şagirdi  Əliyev Rəşad 1ci yer, 241 saylı tam orta məktəbin şagirdi Məmmədov Elvin 2-ci yer, 125 saylı tam orta məktəbin şagirdi Mirzəyeva Fatimə 3cü yeri qazanmışlar. İnşa müsabiqəsində 121saylı tam orta məktəbin şagirdi Əliyev Zeynal 1ci yer,  121 tam orta məktəbin şagirdi  Əliyeva Validə 2ci yer, 185 saylı tam orta məktəbin şagirdi Əbilzadə Sultan 3cü yerə layiq görülmüşdür.

 

 

 Tariximizin bu ağır səhifəsinin məktəblilər tərəfindən unudulmaması, yad edilməsi üçün 26 fevral tarixinin ilk dərsləri bütün siniflərdə fənnindən asılı olmayaraq “Xocalı soyqımı”na həsr olunmuşdur. Bundan başqa bütün siniflər “Xocalı soyqrımı” və ümumiyyətlə, şəhid olmuş Azərbaycan oğulları barədə videotəqdimatlar hazırlamışlar. Həmin videotəqdimatlar məktəblərin facebook səhifəsində paylaşılmışdır.
Onlayn dərslərdə də, “Xocalı soyqrımı” şagirdlər tərəfindən XX əsrin ən dəhşətli faciəsi kimi  xatırlanmış, əbədiyyətə qovuşan , vətənpərvərlik salnaməsi yaradan Vətən övladlarının müqəddəs ruhları hörmət və qürurla anılmışdır. Vətənin müdafiəsi uğrunda əliyalın soydaşlarımızın mənfur düşmən tərəfindən məruz qaldığı vəhşiliklər şagirdlərimizin hazırladığı onlayn ədəbi- bədii kompozisiyalarda öz ifadəsini tapmışdır.

 

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Əminik ki, Müzəffər Azərbaycan əsgərinin qələbəsi, Xocalı Faciəsindəki sızlayan ruhların təsəllisi oldu.

 

 

Keçidlər