Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

25 fevral 2021 | 16:00

Fevralın 25-də Xəzər rayonunda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

  

Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilən aksiya zamanı soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Xəzər rayonunda  613 ədəd müxtəlif növ ağaclar əkilib.

   

 

  Ağacəkmə aksiyasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, rayon üzrə fəaliyyət göstərən İdarə, müəssisə və təşkilatların rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri və gənc fəallar iştirak ediblər.

 

Aksiya iştirakçıları yeni əkilmiş ağaclarla yanaşı, digər ağaclara da aqrotexniki qulluq göstəriblər.

  

 

 

 

Keçidlər