Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Türkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi

12 aprel 2014 | 15:00

11 aprel  2014-cü il tarixdə Xəzər rayonunun Türkan qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun Türkan sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
      Səyyar görüşdə RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
      220 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra İcra Başçısı Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
      Həmçinin İcra Başçısı Türkan qəsəbəsində 262, 119 nömrəli məktəblərin və Nitqi qüsurlu uşaqlar üçün internat evinin əsaslı təmir olunması, 256 saylı tam orta məktəbin , Mədəniyyət evinin və uşaq bağçasının tikilib istifadəyə verilməsi, bundan başqa  Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə abidənin  tikilməsi işlərinin davam etdirildiyini  qəsəbə sakinlərinin nəzərinə çatdırdı..
     Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
    Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi

Keçidlər