Xəzər rayonunda 65 yaşdan yuxarı olan insanlar arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Xəzər rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.
Hazırda 65 yaşdan yuxarı rayon sakinləri randevu.its.gov.az saytında qeydiyyatdan keçməklə yaşadıqları ərazi üzrə müvafiq poliklinikalarda COVID-19-a qarşı peyvənd olunurlar.
14 fevral 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər rayon könüllüləri tərəfindən rayonun Mərdəkan və Şüvəlan qəsəbələrində yaşı 65-dən yuxarı olan insanlar arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılıb, onlara randevu.its.gov.az saytından qeydiyyatdan keçmələri qaydalarını əks etdirən bukletlər paylanılıb.
Həmçinin, vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında tətbiq edilldiyi sakinlərin diqqətinə çatdırılıb.