Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət olunur

11 fevral 2021 | 16:00

  Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri Yeni Azərbaycan Partiyasının Xəzər Rayon Təşkilatı və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq ziyarət olunur.
  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev 11 fevral 2021-ci il tarixində Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qasımov Ramiz Vaqif oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar. Həmçinin, ailəyə yardım göstərilmiş və şəhidin övladlarına hədiyyələr təqdim edilmişdir.

 

  Qonaqlar Şəhidin ailəsinə səbr diləmiş və Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolunun nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını vurğulayıblar.
  Qeyd edək ki, Qasımov Ramiz Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

 

Keçidlər