Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli maraqlar və strateji planlamanın vəhdəti”

04 fevral 2021 | 16:00

İqtisadi sahələrin sürətli inkişafını, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

  Azərbaycan dövlətinin  davamlı inkişafını təmin etmək üçün ölkəmizdə  bütün zəruri amillər vardır. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyaya tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Vətən Müharibəsində əldə olunan zəfər  ilə Azərbaycanda  yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.  Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan  Azərbaycan dövlətinin müstəqillik dövründə sosoial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar,xüsusilə son beş ildə ölkə İqtisadiyyatının sıçrayışı inkişafı onun İqtisadi artım tempinə görə dünyanın lider ölkəsinə çevrilməsinə,ÜMD-in 10dəfəyə qədər artımı,dövlət büdcəsinin də,həmçinin 9,7 dəfə yüksəlməsi neft strategiyasının uğurlu reallaşdırılması bilavasitə düzgün iqtisadi siyasətin həyata keçirilməsi və onların dövlət tərəfindən tənzimlənməsi ilə bağlıdır.
  Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir. Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib.
  Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük uğura  nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə inkişafa  nail olunmalıdır. Bu səbəbdən əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi  fəaliyyətə reinteqrasiya.
  Ölkənin iqtisadi inkişafı ictimai münasibətlərin bütün sahələrinə sirayət etmişdir. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir.
  Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini formalaşdıran  tərənnüm edən ölkədir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
  Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.
  Cəmiyyət, biznes və dövlət üçlüyü Azərbaycanın inkişaf modelidir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.

Ə.Əliyev adına 125№-li tam orta məktəbin

direktoru Əliyeva Zeynəb Babacan qızı

 

Keçidlər