Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda mobil işçi qruplar tərəfindən nöbəti reydlər keçirilib

03 fevral 2021 | 16:00

  “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 9 nömrəli Qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 6:00-dan 00:00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir.

 

  Xəzər  rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət yaradılmış mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər  keçirilib.
   Keçirilən reydlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB Aparatının şöbə müdirləri,  Rayon Polis İdarəsinin məsul şəxsləri və yaradılmış mobil qrup üzvləri iştirak edib.

 

 Reydlər rayonun Mərdəkan və Buzovna qəsəbələrində aparılmışdır.
  Reyd zamanı fəaliyyət göstərən ərzaq mağazalarında, ictimai iaşə obyektlərində və fəaliyətinə icazə verilən digər obyektlərdə karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılıb, maarifləndirici söhbətlər aparılıb.

 

 

 

Keçidlər