Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
1992-ci ildən başlayaraq, erməni qəsbkarları gözəl oylağımız olan Qarabağı işğal etmişdilər. Lakin biz heç vaxt Qarabağın yenidən bizim olması ümidini itirməmiş, buna bütün qəlbimizlə inanmışdıq. Prezidentimiz 2010-cu il noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxış edərkən demişdir ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq.
Elə bu verdiyi sözə görə də uzun illərdir ki, Ali Baş Komandanımız İlham Əliyev güclü siyasəti ilə ordumuzu müharibəyə hazırlamışdır və bunun nəticəsində illərdir insanların arzu və xəyalına çevrilən dilbər guşəmiz olan Qarabağın geri qayıtması üçün 27sentyabr 2020-ci il tarixində Qarabağ müharibəsinin başlanmasına əmr vermişdir. 27 sentyabrdan başlayan Qarabağ müharibəsi cəmi 44 gün davam etmişdir və bu 44 günlük müharibə qələbə sevinci ilə nəticələnmişdir. Bu qələbə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin və yenilməz Azərbaycan ordusunun qələbəsidir. Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli getmişdir. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərə idi.. Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan. Axşamüstü qoy uzaqdan, Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.
Beləliklə, 2021-ci ilin yanvarın 14-ü Prezidentin verdiyi həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Müharibə bitdikdən dərhal sonra Ali Baş Komandan bu qələbə sevincini bizə yaşadan bütün hərbçilərimizi, əsgərlərimizi, qazilərimizi və bu müharibədə canından keçmiş şəhidlərimizi medallarla təltif etmişdir.
Hər kəsin bu yolda çəkdiyi əziyyətini qiymətləndirmişdir. Çünki bu döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi.
Prezidentimizin və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bütün qazi və şəhidlərimizin ailələrinə baş çəkilmiş, onlara lazımi köməkliklər göstərilməsinə dair qərarlar qəbul edilmişdir.Bu qərarda bildirilmişdir ki, bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər , şəhid ailələrinə 500 manat müavinət veriləcək və daim o ailələr diqqət mərkəzində olacaqlar. Yaralı hərbçilərimiz isə dövlət tərəfindən qayğı ilə əhatə olunacaq, əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Lakin Prezidentimiz bununla kifayətlənməmiş, müharibədən cəmi iki ay vaxt keçsə də, işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinə start vermişdir. Prezident illər öncəki çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Müstəqillik tariximizdə ilk dəfə olaraq, Azərbaycanın dövlət başçısı Şuşaya getmişdir. İlham Əliyev 8 noyabrda Şuşanı Azərbaycana qaytarmışdı, yanvarın 14-də isə Azərbaycanı Şuşaya qaytardı.
Prezident İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Realni məktəbini, Bülbülün ev muzeyini, Vaqifin türbəsini, Qazançı kilsəsini gəzmiş,Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidlərini ziyarət edərək məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif” kitabları hədiyyə verib, dualar etmişlər.
Prezident illər öncəki çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
İlham Əliyev bildirmişdir ki, tezliklə Heydər Əliyev Fondu tərəfindən bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq. Bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” beynəlxalq muğam festivalı keçirələcək.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həm də Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Bu hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək və uçuşenmə zolağının uzunluğu 2800 metr olacaq. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq. İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır. Belə ki, vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.Buna görə də azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.
Sevindirici xəbərlərdən biri də budur ki, Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Son olaraq, bütün bu yenidənqurma qərarlarına imza atan Prezidentimiz İlham Əliyev çıxışında bildirmişdir : “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Böyük qayıdış başlayır,artıq bütün işlərə start verildi. Əziz Şuşa, biz səni dirçəldəcəyik! Sənin bütün yaralarını sağaldacaq, dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik! Çünki Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Əminəm ki, biz necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində , - bizim tarixi dədə - baba torpağımız olan Qarabağı, Şuşanı,dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcəyik. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq. Çünki Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
322 nömrəli tam orta məktəbin
Azərbaycan dili vəədəbiyyat müəllimi
Vüsalə Vidadi qızı Xəlilova.