Şriftin ölçüsü :

Saytın rəngi :

Hərb meydanında əldə olunan uğurlar diplomatik arenada daha böyük qətiyyətlə davam etdirilir

12 yanvar 2021 | 16:00
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında çox böyük əhəmiyyət kəsb edən və mahiyyəti üzrə həm hərbi əməliyyatlarda  həmdə  masa ətrafında haqlı və güclü olan Azərbaycan tərəfinin tam maraqlarına uyğun şərtlər daxilində məsuldar görüş keçirilmişdir.  Üçtərəfli format bütün hallarda Azərbaycan tərəfinin maraqlarından çıxmağa yönəlik ola bilməz. Bütün hallarda bir şeyidə unutmamalıyıq ki, Türkiyə bu və ya digər formada birbaşa danşıqlarda birbaşa istirak etməsədə mütəmadi olaraq cənab İlham Əliyevlə sayın Rəcəb  Tayyib Ərdoğan arasında məsləhətləşmələr danışıqlar davam edir.  İki qardaş ölkə birdaha bütün dünyaya əsil dostluq, qardaşlıq  modelini  nümayiş etdirdi.  Sübut olunduki,Türkiyə heç bir halda Azərbaycanı tək qoymayacaq.  Hərbi əməliyyatlarda əld olunan böyük uğurlar və Ermənistan tərəfinin realən Aəzrabycan ordusunun gücünü görməsi sanki hər şeyin sonunu gətirdi Ermənistan üçün.  Dünyada artan güç və uğurlu siyasi gəlişmələri ilə Azərbaycan artıq Ermənistan kimi bir ölkənin savaş tərəfi ola bilməz.

Ölkə Prezidenti cənab İlham Əliyevin masa ətrafında danışıqlara təsiri təkcə güclü Azərbaycan dövlətinin başçısı olması ilə kifayətlənmir, həmdə  böyük siyasi lider kimi şəxsi nüfuzu ilə qarşı  tərəfdə daim gərginlik formalaşdırır.  Bu üçtərəfli görüş 10-noyabr  2020-ci il  Dağlıq Qarabağa dair imzalanmış bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc  həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. 10- noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danşıqları idi. Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini  yüksək qiymətləndirərək danşıqlarda iştiraka razılq vermişdir. Rusiya tərəfi isə öz növbəsində üçtərəfli danşıqlara böyük peşəkarlıqla əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Və bir əsasıda qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin iştirak etdiyi bütün müzakirələrdə ən yüksək səviyyədə Azərabycan dövlətinin və xalqımızın maraqları qorunub və bu uğurlu yol böyük qətiyyətlə davam etdirilir.  Bu günkü uğurların arxasında illərlə davam etdirilən  məqsədyönlü və dinamiq uğurlu siyasət dayanır. Ermənistan Baş Nazirinin hərəkətlərindən və görüş zamanı  nə qədər böyük həyəcan və qorxu içində olmağından da açıq-aşkar hiss olunurdu ki, nələr baş verir. Görüşün yükunu olaraq  bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb. Tərəflər 10-noyabr bəyanatının regiondakı bütün iqdisadi və nəqliyyat kommunikasiyalarının açılmasını  nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsina dair üçtərəfli işçi qurupunun yaradılmasına dair razılıq əldə ediblər.  Ermənistan Azərbaycan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək, fəailiyyət istiqamətləri üzrə işçı alt qrupları yaradacaqlar.  Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcədə onların icrası üçün lazım resurs və tədburlərin siyahsını təqdim edəcəklər.  İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Çox böyük təəssüf hissiylə qeyd etmək yerinə düşərki, bəzi özünü müxalifət adlandıran abti-milli ünsürlər tərəfindən  əldə olunan uğurlara qara yaxmağa çalışırlar. Rusiya ilə Azərbaycan arasında dərin dostluq və etibarlı tərəfdaşlıq münasibətləri ilə yanaşı həmçinin  hiss olunan dərəcədə bir diqqət və hörmət var.  Azərbaycan regionun söz sahibi olan əsas ölkələrindən olaraq  öz maraqlarını yetərincə  etibarlı bir şəkildə müdafiə edir.  Bəzi müxalifət adlandırılan əslində isə Azərbaycan cəmiyyətinin əksin formalaşdırılmış  qruplar  müxtəlif xarici dövlətlər vasitəsi ilə   daxildə narazılıq salmaq və normal ölkə düzəninə xələl gətirmək məqsədi daşıyırlar.  Heç olmasa ümummilli məslələrdə düşmənçilik etməkdən çəkinin.  Hakimiyyətə müxalif olmaqla dövlətə, xalqa onun maraqlarına müxalif olmağı qarışdırmayın. Artıq hər kəs vicdanlı şəkildə etiraf edə bilərki, Azərbaycan təkcə hərb meydanında deyil  diplomatik arenada da,müzakirlələrdə də üstün müvqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Prezidentin görüşdən sora verdiyi bəyanatda səsləndirdiyi əsas müddəalar.
  -Kammunikasiyaların   bərpası Ermənistan, Azərbaycan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab.
  -Beynəlxalq kommunikasiyaların bərpası, regionun inkişafında dinamizim yaratmaqla yanaşı, həmdə etibarlı təhlükəsizliyə xidmət edəcək.
  -Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.
  Ermənistan tərəfinin nə yolla olur  olsun  görüşlərin keçirilməsinə mane olmaq istəkləri bir daha gösətir ki, müzakirlərlə və danşıqlar Ermənistan tərəfinin maraqlarına uyğun gəlmir. Sözsüz ki,  Paşınyan hökuməti və əvvəl ki, siyasi rejim rəhbərləri  yaxşı bilirlər  Azərbaycan onların düşündüklərindən daha güclü və daha üst imkanlara malikdir.  Bir məqamı yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan silahli qüvvətləri 44-günlük vətən müharibəsində tam imkanlarını istifadə etsəydi qısa müddətdə Ermənistanın böyük hissəsini  darmadağın edərdi. Ancaq böyük elit mədəniyyət və aşırı müharibə qanunlarına hörmətdən irəli gələrək Azərbaycan ordusu iri miqyaslı terror əməliyyatları həyata keçirdi.   Ermənistan dövləti adına ən böyük utancaqlıq isə o idi ki, Ermənistan hakimiyyəti bütünlüklə terrora bulaşmışdı.  Məcburən Azərbaycan ordusuda terror əməliyyatlarının miqyasını daha geniş və hərtərfli etdi. Cənab İlham Əliyevin mükkəml şəxsiyyəti və uzaqgörənliyi ilə əldə olunan nəticələr gözlənənlərdən daha yaxşı oldu. Cənab İlham Əliyevin hər zaman ən əsas düşüncəsi sülh yolu danşıqlar yolu olub ki, Vətən Müharibəsindən sonra da bu xətt davam etdirlirir. Üçtərəfli görüş gələcək region inkişafı üçün  son dərəcədə vacibdir.
  Prezident İlham Əliyev: Regionun bundan sonrakı təhlükəsiz və davamlı inkişafını təmin etmək üçün görüş çox vacib idi. Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Artıq bəyanatın mətni -humanitar və kommunitasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılmasıda bunu təstiqləyir. Bakının şərtləri qəbul edilməsəydi üçtərəfli format olmayacaqdı. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təstiq olunmuş tələblər regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasına yönəlmişdir.  Bu faktiki olaraq “Mehri dəhlizi “ Naxçıvana daha sonra Türkiyəyə dəmir yolu açılacaq, kommunikasiya xətləri “Şərq Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Respubliksaı ilə həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Xüsusi qeyd etmək gərəkdir ki, erməni müxalifəti və Rusiyada kı, erməni lobbisi görüşün baş tutmasına çalışırdı. Paşinyan hökuməti isə erməni cəmiyyətinin itmiş nüfuzunu qeynidən bərpa etmək niyyətiylə danşıqlarda maksimum nəticə əldə etmək bu mümkün olmadıqda isə pozucu rol oynamağa çalışırdı.  Ancaq bütün hallarda əks tədbirlərlə  zərərsizləşən Ermənistan tərəfi real gedişlərə razı olmağı qəbul edir.Erməni lobbisi görüşlərin və digər diplomatik proseslərin Minsk qrupu formatında aparılmasına çalışır ki, Ermənistan maraqları buna hesablanıb. Ancaq görünən odur ki, Minsk qrupu formatı çoxdan öz əhəmiyyətini itirib. Artıq Makronun həll edəcəyi bir münaqişə yoxdur. Azərbaycanın əraziləri var və bunu hər kəs belə qəbul etməlidir.

Gənclər və İdman idarəsinin əməkdaşı

Natiq Süleymanzadə

Keçidlər