Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Qələbəmiz Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi

09 yanvar 2021 | 16:00
Bu qələbə ilə Azərbaycan tarixində möhtəşəm bir səhifə açıldı. Bu rəhbərimizin uğurlu siyasətinin nəticəsidir. 44 gün ərzində xalqımız öz liderinin ətrafında bir yumruq kimi birləşib qələbəni daddı. Tarixi ədalət bərpa olundu. Azərbaycan bütün dünyaya gücünü göstərir. Bu müddət ərzində Ermənistan ordusu darmadağın edildi, faktiki olaraq diz çökdü. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi.


   Artıq  partiyalar arasında dialoq möhkəmlənmiş, bu da ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir göstərmişdir.Bundan sonra isə qarşıdakı ən önəmli məqsədlərdən biri Qələbəni siyasi yollarla möhkəmləndirməkdir.
  Müharibənin yeni bitməyinə baxmayaraq, Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Azərbaycanda aparılan islahatlar, biznes iqlimi, investisiya iqlimi Dünya Bankı tərəfindən qeyd edilir.
Dövlətimiz bir çox sahələr üzrə reytinqə görə ön sıralardadır:
  10 ən islahatçı ölkə sırasındadır;
  Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında   ikinci yerdədir;
Hökumətin dəyişməyə cavabdehliyi, islahatçı obrazı əmsalına görə  beşinci yerdədir;
Hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir;
Hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir;
İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer;
Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer;
Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yer.
  Bütün dünya ölkələrinin koronavirusla mübarizə apardığı dönəmdə  görülən tədbirlər nəticəsində vəziyyətin nəzarətə alındığının və bütün dünyanın düşdüyü çətin sınaqdan dövlətimizin şərəflə çıxdığının şahidi oluruq.
  Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, işsiz və qeyri-formal çalışan insanlara yardım edildi. Təbii ki, bu xalqa və zəhmətə verilən dəyərin nəticəsidir. Tezliklə Azərbaycana peyvənd gətiriləcək, artıq bu barədə lazımı işlər görülmüş, kontraktlar imzalanmışdır. Yaxın zamanlarda-peyvənddən istifadə edildikdən sonra yenidən hər şey düzələcək və canımız bu xəstəlikdən qurtaracaq.
  Artıq müharibədən qələbə ilə çıxmış, 30 illik həsrətə son qoymuş dövlət olaraq Azərbaycanın qarşısında yeni məsələlər durur. Müharibə dövründə dinc əhaliyə və torpağımıza dəymiş ziyan aradan qaldırılacaq,şəhid ailələri və hərbiçilərimiz evlə təmin olunacaq, azad olunmuş torpaqlarımız bərpa ediləcək və orada kənd təsərrüfatı ilə məşğul olmaq üçün şərait yaradılacaq, Xudafərin və Qız qalası hidroqovşaqlarında su elektrik stansiyaları qurulacaq, iki beynəlxalq aeraport inşa ediləcək,Füzuli-Şuşa dəmir yolu çəkiləcək.
       Müharibənin bitməsindən iki ay keçməyinə baxmayaraq, artıq nə qədər böyük işlər görülmüşdür.İnanırıq ki, tezliklə 30 il bundan əvvəl doğmalarından ayrılmış Qarabağımız tezliklə yenidən cənnətə çevriləcək.

Vahabova Şəbnəm Xanəhməd qızı
149 nömrəli tam orta məktəbin müəllimi

Keçidlər