Şriftin ölçüsü :

Saytın rəngi :

17 il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə aparmaqdadır

08 yanvar 2021 | 16:00
  Prezident İlham Əliyev: Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.
Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi  qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır.
 Azərbaycanın modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Ölkə həyatının bütün sahələri yenilənərək tanınmaz dərəcədə dəyişib. Bu yeniləşmə xalqın rifah halının davamlı olaraq yüksəlməsi, mövcud problemlərin böyük qisminin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib.


  Praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezidentin son bir ildə apardığı islahatları göz önündədir.
 Regionda və dünyada bir çox mənfi proseslər yaşanmasına baxmayaraq, Azərbaycan öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb.
 Neft gəlirlərinin kəskin şəkildə azaldığı, dünyanın qlobal maliyyə böhranı ilə üzləşdiyi vaxtlarda belə, Azərbaycanda sosial proqramların hamısı icra edilib. İlham Əliyev başladığı hər bir işi uğurla başa çatdırmağa nail olub. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli energetika və nəqliyyat layihələrini, ölkəmizin azsaylı kosmik dövlətlər sırasına daxil olmasını qeyd etməliyik.
 İlham Əliyev Valday  Diskussiya Klubunun tribunasından dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Mötəbər tribunada, canlı efirdə deyilən bu sözü bütün dünya eşitdi. Hamıya bir daha agah oldu ki, Qarabağ Azərbaycanındır. Azərbaycanın lideri münaqişə ilə bağlı haqlı mövqeyindən bir addım da geri çəkilmədi.
 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsində inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider İlham Əliyevdir.
 Prezidentimizin daxili və xarici siyasəti, iqtisadiyyatda əldə olunan uğuğrlar, xalq-iqtidar birliyi, hərbi qüdrətimiz Azərbaycanınn tarixində ən şanlı dövr yaşadığının göstəricisidir
Xalqımız və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur. Çünki 17 il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə aparmaqdadır...

Buzovna Mədəniyyət evinin

direktoru İbrahimova Afət

Keçidlər