Mədəniyyətimizin paytaxtı –Şuşa
Ümummilli lider Heydər ƏLİYEV demişdir- İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycn mədəniyyətinin inkişafındakı xidmətləri bu gün Azərbaycan mədəniyyətinin dünya arenasında öz sözünü dediyinin şahidi oluruq. Cənab Prezidentin Azərbaycan xalqının milli sərvəti olan muğamlarımıza yanaşması, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri muğamlarımızı UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi ilə nəticələndi ki, bu da dünyada qazandığımız uğurlardan biridir. Bu gün Azərbaycanın mədəni və milli sərvətləri, tarixi abidələri dünya səviyyəsində qorunur və tanınır ki, bu da birbaşa cənab Prezidentimiz və Hörmətli Mehriban xanımın adıyla bağlıdır.
Tarixi mədəni abidələrimizin erməni vəşilərinin işğalından azad edilməsi, bu abidələrin yenidən bərpası ilə bağlı atılan addımlar, milli sərvətimizə verilmiş ən böyük qiymətdir. Cənab Ali Baş komandan İlham Əliyevin işğaldan azad edilən rayonlara səfəri xüsusi ilə Ağdam məscidini ziyarəti və məscidin önündə etdiyi tarixi çıxışı ilə bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycan xalqı milli mənəvi dəyərlərə yüksək qiymət verən, dini inancına hörmətlə yanaşan bir xalqdır. Bu tarixi səfər ermənilərin tərəfində olan dövlətlərin sözdə tarixi mədəni sərvətlərin qorunmasını təbliğ edən ölkələrədə bir mesaj idi ki, siz dəstəklədiyiniz ermənilər Azərbaycan xalqının mədəni dini dəyərlərinə necə vandal bir münasibət göstəriblər.
Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur.
Musiqi mədəniyyətimizin beşiyi hesab edilən Şuaşmızın azad edilməsi və cənab Prezdentimizin bu tarixi, mədəni şəhərimizi Azərbaycanımızın mədəniyyət paytaxtı elan etməsi doğma Qarabağımızda mədəni irsimizin inkişafına verilmiş töhfədir ki, yaxın gələcəkdə Cənab Prezidentimizin də dediyi kimi, Şuşamızı yenidən quracağıq, Şuşamızı dahada gözələşdirəcəyik.
Yaxın zamanda Ali Baş komandanımızın dediyi kimi, doğma Şuşamızda “Xarı bülbül”festivalının, Vaqif poezya günlərinin keçirilməsinin şahidi olacağıq. Azərbaycan xalqı əmindir ki, Cənab Prezidentimizin başçılığı ilə yaxın gələcəkdə Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik.
Yuxarıda qeyd etdiklərimiz onu göstərir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı öz Ali Baş Komadanı ilə, nəyin ki, hərbi, siyasi, beynəlxalq diplomatiya sahəsində öz sözünü deyib, biz həm də güclü liderimizin sayəsində, mədəni irsimizin qorunub saxlanılmasında, onun inkişaf etdirilməsində də öz layiqli sözümüzü demişik və deyəcəyik də. Biz Qarabağın baş tacı olan Şuşamızı, Zümrüt qaşlı Kəlbəcərimizi, Ərənlər yurdu Laçınımızı, torpağıda, daşıda başdan başa çiçək açan Ağdamımızı, Zəngilanımızı, Qubadlımızı, Xocalımızı bağrımızın başı kimi illərdi düşmən tapdağında göynəyən Xankəndimizi, Ağdərəmizi yenidən dirçəldəcək, yenidən inkişaf etdirəcək, öz tarixi ənənələrimizi, dəyərlərimizi Ali Baş komandanımızın sayəsində bərpa edəcəyik.
Elnur Bayramov
216 Nömrəli məktəbin direktoru