Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri çərçivəsində rayonun Mərdəkan qəsəbəsində genişmiqyaslı işlər həyata keçirilir

07 yanvar 2021 | 16:00

Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da geniş miqyas almış tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir.
Belə ki,  Xəzər rayonunun Mərdəkan qəsəbəsində aparılan abadlıq quruculuq işləri çərçivəsində hazırda qəsəbənin mərkəzi küçəsi olan Sergey Yesenin küçəsi memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Sözügedən küçədə yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları, hasarları, darvazaları, ticarət və xidmət obyektlərinin fasadları təmir olunur.

  

  

 Həmçinin, qəsəbənin Baba Əliyev küçəsində ki, çoxmərtbəli yaşayış binalarının qarşısında "Abad Məhəllə" layihəsi çərçivəsində növbəti bir məhəllənin abadlaşdırılması, “Nizami” adına istirahət parkında və Şeyx Kazım hamamında da təmir- bərpa işləri davam etdirilməkdədir.
 Qəsəbənin R.Cəfərov küçəsi, dalan 1, S.Yesenin küçəsi (S.Yesenin küçəsi, 92/2 binanın arxa tərəfi) və Muxtar Hüseynov küçələrinə Azəravtoyol ASC tərəfindən asfalt örtüyü çəkilir.

  

  

 Sakinlərin müraciətləri nəzərə alınaraq qəsəbə ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə mərhələli şəkildə asfaltlanma işləri görülür.
Bundan əlavə ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə qəsəbə ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərilir və yol kənarlarına yeni ağaclar əkilir.

  

  

Xəzər rayon sakinləri rayonda gedən "tikinti-quruculuq və genişmiqiyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.

  

 

 

Keçidlər