Şriftin ölçüsü :

Saytın rəngi :

“Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi

23 dekabr 2020 | 16:00

  Sosial sahədə aparılan islahatlar hər il olduğu kimi bu ildə aparılmışdır.Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halını yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır.Cənab Prezident İlham Əliyev göstərişi ilə xüsusən keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılması üzrə çox böyük paket icra edilmişdir.Bu,bir daha onu göstərir ki,Azərbaycan höküməti daim öz vətəndaşının yanındadır və maddı imkanları hələ də məhdud olan vətəndaşların sosail vəziyyətinin yaxşlaşdırılması dövlətin diqqəti mərkəzindədir.

  Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəb məsəllərdir.
  Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur.
  Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.
  Prezident İlham Əliyevin sosial islahatlarla bağlı ötən ilin əvvəlindən başlayaraq imzaladığı Fərman və sərəncamlar 2019-cu ili ölkəmizin tarixinə sosial islahatlar ili kimi yazdı. Birinci sosial paketdəki artımlar ciddi uğurlarla zəngin idi. Belə ki, minimum əməkhaqqı 130 manatdan 180 manata yüksəldi, 600 min işçinin əməkhaqqı artırıldı, 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər 100 faiz artdı, 9 kateqoriya üzrə Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz artdı, 450 min nəfərin əməkhaqqında 30 faiz, 150 min nəfərdə isə 25 faiz artım oldu, 223 min insanın pensiya təminatı yaxşılaşdırıldı, 100 minə yaxın tələbənin təqaüdü artırıldı, minimum pensiyalar 116 manatdan 160 manata yüksəlmişdir.
Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur.
  Prezident İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Belə ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilmişdir.
  Ölkəmizin sosial rifah halının davamlı olaraq artması əhalinin əmək haqlarının və pensiya və təqaüdlərinin artmasında özünü nəinki büruzə verir, həmçinin qonşu ölkələrlə müqayisədə xeyli üstünlüyümüzü göstərir.
  Şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla) AR Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması,müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan 300 manatadək artırılması təklif olunur.
  Bundan əlavə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün 100 manatdan 130 manatadək, Böyük Vətən Müharibəsi iştirakçılarına AR Prezidentinin təqaüdünün məbləğinin 150 manatdan 300 manatadək artırılması təklif olunmuşdur.
  Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü- bu şəxslə (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200 (elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi irəli sürülmüşdür.
  Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilmişdir.
  Sosial rifahın artılması məqsədilə Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə,  siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunmuşdur.
  Faktlardan da göründüyü kimi, Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip indi daha geniş şəkildə davam etdirilir. Bir sözlə, dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Ə.Əliyev adına 125 n-li məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva İlahəxanım

Keçidlər