Şriftin ölçüsü :

Saytın rəngi :

Doing Business 2020 hesabatında Azərbaycanın mövqeyi

21 dekabr 2020 | 16:00

   Ümummilli lider Heydər Əliyevin və onun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasətləri nəticəsində bu gün Azərbaycan  iqtisadi və siyasi sahələrdə öz  inkişaf tempinə görə dünya ölkələri arasında ilk sıralarda dayanır. Son illərdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkənin maliyyə imkanlarının daha da genişlənməsini, xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasını sürətləndirib.  Bu inkişaf tək xarici əlaqələrdə deyil,həmçinin ölkə daxilində əhalinin sosial rifahında da özünü yetərincə göstərir.

    Azərbaycanın apardığı ardıcıl,məqsədyönlü siyasət və davamlı olaraq həyata keçirilən islahatlar hər zaman beynəlxalq ictimayyətin ,eləcə də beynəlxalq təşkilatların diqqətini cəlb edir .Azərbaycanın Dünya Bankıyla olan uzun müddətli əməkdaşlığı da bu inkişafa öz töhfəsini vermişdir.Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında Azərbaycan dünyanın  "Ən islahatçı on ölkəsi" sırasına daxil edilmişdir.
      27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmışdır.Lakin ,Dünya Bankının 16 dekabr 2020-ci il tarixli növbəti press relizində qeyd edilirdi ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən yenidən məlumatların müfəssəl diaqnostikası aparılmış və araşdırma nəticəsində Azərbaycanın daha az balla qiymətləndirilməsi məlum olmuşdur . Yeni hesablamalara görə Azərbaycan mövqeyini 6 pillə yüksəltmiş və əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılmışdır.Bununlada Azərbaycan reytinq sıralamasında 191 ölkə arasında öz mövqeyini 34-cü sıradan 28-ə qədər yüksəltmiş və dünyanın "Ən islahatçı on ölkəsi" kimi qiymətləndirilmişdir.
    Qeyd edək ki,aparılan mufaviq araşdırma Azərbaycanda 3 istiqamətdə,1" Elektrik təchizatı şəbəkələrinə qoşulma” 2 "Müqavilələrin icrası" 3 "Sərhəddə ticarət" indikatoru üzrə aparılan islahatları əhatə etmişdir .
    Son 10 ildə olan nəticələrə əsasən Azərbaycan hər il öz mövqeyini əvvəlki ilə nisbətən daha da inkişaf etdirmişdir.Dünya maliyyə böhranının davam etdiyi 2014-cü il Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında 70-ci yerdə olmuşdusa,2017-ci ildə artıq 5 pillə yüksələrək 65-ci pillədə qərarlaşmışdır.Bir il sonra 2018-ci ilə aid hesabatda isə daha 8 pillə irəliləyərək 57-ci yerə yüksəldi.Bu hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Həmin hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilmişdi. 2020-ci ildə isə Azərbaycan ən yüksək nəticəsini əldə etmiş və dünyanın "ən islahatçı on ölkəsi" sırasına daxil edilmişdir.
   Reytinqlərdə bu cür sıçrayışın olması təsadüfü hadisə deyil.Ölkənin xarici iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi,həmçinin yerli istehsalatın və xaricə ixracın gücləndirilməsi,daxildə aparılan müsbət yöndə dinamik islahatların nəticəsidir.Bu gün Azərbaycan davamlı olaraq atmaqda olan inkişaf səviyyəsi,xarici əlaqələri və iqtisadi vəziyyət ilə dünya ölkələrinə , xüsusilə də İEOÖ üçün bir nümunədir.

149 nömrəli məktəbin tarix müəllimi

Zeynalov Elvin

Keçidlər