Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-İN MİNSK QRUPUNUN FRANSADAN VƏ ABŞ-DAN OLAN HƏMSƏDRLƏRİNƏ TARİXİ DƏRS

17 dekabr 2020 | 16:00

  Dünya diplomatiyasında tez-tez rastlaşdığımız ikili standartlar bu və ya başqa formada haqsızlığın tərəfində dayanan bəzi beynəlxalq qurum və təşkilatlar gec-tez öz layiqli cavablarını almağa məhkumdur. Bildiyimiz kimi 30 ildir xarici dəstəyə arxalanaraq tarixi torpaqlarımızı işğal altında saxlayan ikiüzlü qonşularımızın torpaqlarımızdan qovulması, tarixi torpaqlarımızın azad edilməsi erməni faşizmi ilə yanaşı onlara dəstək verən dövlətlərə, bu faşist idealogiyanı dəstəkləyən qurum və təşkilatlara tutarlı cavab oldu.
  Cənab Ali Baş Komandanımızın daxili və xarici siyasəti, beynəlxalq arenada olan nüfuzu xalqımızın qələbəsini daha da möhkəmlədirdi. Cənab Prezidentimizin dediyi kimi, bizim dəmir yumruğumuz düşmənin başını əzdi və biz qalib olduq. Bu qalibiyyətimizi həzm edə bilməyənlər isə hələ də ortada o tərəfə bu tərəfə gedərək özlərinin də var olduqlarını göstərməyə çalışırlar. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının  dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən söylədiyi fikirlər, Cənab Prezidentin qətiyyətli  duruşu ABŞ, Fransa kimi ölkələrə bizimlə heç kimin təzyiq və güc dili ilə danışa bilməyəcəyini göstərdi.

  Cənab Prezdentin 28 il fəaliyyət göstərən lakin heç bir uğurlu  fəaliyyəti olmayan ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişməsini, xususi ilə Status-kvonun güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti  sayəsində dəyişdirildiyini bəyan etməsi həmsədirlərin fəaliyyətsizliyini üzlərinə deyərək onların əslində heç bir iş görmədiklərini aşıq şəkildə bəyan etdi. Tarixi zəfərimizin memarı olan Cənab Prezdentimizin Minsk qrupunu illərdi “münaqişənin hərbi həll yolu yoxdur”, deyərək torpaqlarımızı işğalda saxlama vəziyyətini uzatmalarına cavab olaraq sübut etdi ki, Azərbaycan xalqı öz Sərkərdəsinin arxasında dayanaraq tarixi torpaqlarını hərbi-siyasi vasitələrdən istifadə edərək azad etdi.
  Görüş zamanı  Prezident İlham Əliyevin, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub, deməsi elə ermənipərəst mövqey tutan Minsk qrupununda tarixə qovuşduğuna işarə etdi.  Bununda köklü səbəbləri vardır. Tarixdən bizə məlumdur ki, illər öncə Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri  status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişdilər. Cənab prezidentin çıxışı zamanı status-kvonun artıq olmadığını 28 ildir Minsk qrupunun edə bilmədiyini Azərbaycan dövlətinin 44 günə etdiyini söyləməsi onların Qarbağ məsələsində heç bir uğurlu addım atmadıqlarını bir daha göstərmiş oldu və Minsk qrupunuda gələcək taleyini şübhə altına aldı.
  Görüşdə Cənab Prezident İlham Əliyevin sözləri Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın bu günə qədər Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqeyin, tutduğu ikili standartlara   cavab mahiyyətində idi. Ali Baş Komandanımızın “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm” sözləri onlara açıq şəkildə mesaj və Minsk qrupunun sonunun çatdığına işarə idi.
Cənab Prezdentin Ağdam rayonunda Monitorinq Mərkəzinin  yaradılmasını və Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcəyini görüş iştrakçılarının nəzərinə çatdırması, bunun regional əməkdaşlığın çox yaxşı təzahürü olduğunu bildirmsi, Minsk qrupunun fəaliyyətsizliyinin nəticəsini göz önünə gətirərək Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadığını söyləməsi onlara tarixi bir dərs oldu. 
  Bu görüş Fransa kimi ölkələrin ikili mövqeyinin iflasa uğradığını, artıq Cənubi Qafqazda yeni reallıqların yarandığını və bunu qəbul etməyə məcbur olmaqlarını göstərdi.  Həmçinin ermənilərin faşist idelogiyalarının, işğalçılıq siyasətlərinin, “məğlubolunmaz ordu” miflərinin alt-üst olduğunu göstərdi.
  Cənab Prezdentin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərinə verdiyi tarixi dərsdən elə görüş zamanı  nəticə çıxardıqlarının şahidi olduq. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf etdilər. İnanırıq ki,  28 il ərzində xüsusi mandata sahib olan lakin heç bir fəaliyyəti olmayan  Minsk qrupu bu dərsdən nəticə çıxaracaq və regionda davamlı sülhün saxlanılmasına kömək edəcək.

216 Nömrəli tam orta məktəbin direktoru

Elnur Bayramov

Keçidlər