Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirilmişdir.

08 mart 2014 | 16:00

 07 Mart 2014-cü il tarixində Bakı Şəhəri Xəzər Rayonu Türkan qəsəbəsində Xəzər rayon İcra Hakimiyyəti "Azərsun Holdinq"lə birgə “Yaşıl Həftə” devizi altında ümumrayon iməcliyi keçirmişdir.
       İməclikdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı G.İslamov, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayonun idarə və təşkilatların kollektivlərinin - ümumilikdə 150 nəfərin iştirakı olmuşdur.
    İməclik zamanı iştirakçılar tərəfindən 500-dən  çox zeytun ağacı əkilmiş, sahədə təmizlik işləri görülmüşdür.Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir.
      Məlumat üçün bildiririk ki, cari ilin 3 ayı ərzində Xəzər rayonunda 39 min müxtəlif növ ağac əkilmiş, bütovlükdə isə son 3 il ərzində Xəzər rayonunda 350 minə yaxın ağac əkilmişdir. Cari ilin sonuna qədər isə daha 50 min ağacın əkilməsi nəzərdə tutulur.

Keçidlər