Xəzər rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin məhəbbət və ehtiramla anılıb
Bu gün Azərbaycan xalqının xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümünü Xəzər rayon ictimaiyyəti dərin məhəbbət və ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə Xəzər Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
On yeddi il cismən Azərbaycan xalqından ayrılmasına baxmayaraq, mənən və əbədi olaraq da bizimlə qalacaq Heydər Əliyev Vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətləri, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlər əvəzolunmazdır. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələri yeni inkişaf mərhələsi və uğurlu nəticələrlə yadda qalıb.