Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Gənclər Evinin açılışı olmuşdur.

07 mart 2014 | 16:00

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq  6 Mart 2014-cü ildə Bakı şəhərində ilk olaraq Xəzər rayonunda  “Gənclər evi”nin açılış mərasimi olmuşdur
       Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Xəzər rayon  icra  başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, dövlət qurumlarının rəsmiləri və bir sıra şəxslər iştirak etmişdir. Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünün reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsidir.
       Gənclər və İdman naziri Azad Rəhimov və Xəzər RİH başçısı Gülağa İslamov Xəzər rayonunda “Gənclər evi”nin tikilməsini təqdirəlayiq hal kimi qiymətləndirmiş və Gənclərə  gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər.
        Qeyd edək ki,  “Azərbaycan gəncliyi 2005-2009-cu illər üçün” Dövlət Proqramının Tədbirlər planında “Gənclər Evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.

Keçidlər