Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir
23 noyabr 2020 | 16:00
Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq 23 noyabr 2020-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində reydlər aparılmışdır.
Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektlərinə ciddi xəbərdarlıq edilmiş, barələrində cərimə protokollar tərtib olunmuşdur.