Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir
Ağdam həmişə öz qədimliyini qoruyub saxlamış və qədim tarixi kökə malik olmuşdur. Bu qəbildən“Ağdam”sözü qədim türk dilində kiçik qala mənasını daşıyır. Uzaq keçmişdə bu ərazidə türkdilli qəbilələr müdafiə məqsədi ilə müxtəlif qalalar tikirdilər.Bu Ağdamın qədimliyinin bariz nümunəsidir.
İşğal edilmiş Ağdam rayonunda işğaldan əvvəl 143000 insan yaşayırdı. Hal-hazırda isə Ağdam rayonu sakinlərinin sayı 204000-dir. Erməni işğalı nəticəsində rayona bir çox maddi və mənəvi ziyan dəymişdir. Rayonun ərazisində bir çox tarixi və memarlıq abidələri,başqa infrastruktur mənfur ermənilər tərəfindən məhv edilmişdir. Tarixi Çörək Muzeyi, Tarix ölkəşünaslıq Muzeyi, Ağdam Şəkil Qalereyası, Qutlu Sarı Musa oğlu Künbəzi, 14-cü əsrə aid türbə və daş abidələr, Xan qızı Xurşidbanu Natəvanın və oğlunun türbələri vəhşicəsinə dağıdılmışdır. Bu vəhşılik “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının pozulması deməkdir.
Artıq hər şey geridə qaldı. Prezident İlham Əliyevin dediyi kimi,indi Ağdam üşün yeni dövr başlayır. Bizim böyük planlarımız var.Ağdam rayonu yenidən Azərbaycanın zəngin mədəniyyətinın, aqrar sənayenin,kənd təsərrufatının güclü inkşaf etdiyi rayonlardan birinə çevriləcək.
Ermənistan –Azərbaycan Dağıq Qarabağ münaqişəsi vurğuladığımız kimi artıq geridə qalır.Azərbaycan döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi altında parlaq qələbə qazanaraq istədiyinə nail olmuşdur.
Azərbaycanın gücü milli birlikdədir. Azərbaycan Prezidenti Beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda inamlı addımlar atmışdır.
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Ağdamın azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycanın Şanlı ordusuna eşq olsun!
216 nömrəli məktəbin dil və ədəbiyyat müəllimi:
Məlikova Səfiyyə