Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir
Koronavirus infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına Xəzər rayonunda əməl edilməsi vəziyyətinin öyrənilməsi və zəruri tədbirlərin görülməsi ilə əlaqədar 19 noyabr 2020-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində növbəti reydlər keçiriblər.
Reydlər zamanı karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi yoxlanılıb, işçilərlə, həmçinin alıcılar və müştərilərlə maarifləndirici söhbətlər aparılıb, sosial məsafənin gözlənilməsinin vacibliyi xatırladılıb, sanitar-gigiyena qaydalarına riayət olunması və tibbi maskadan istifadə edilməsinin zəruriliyi vurğulanıb.
Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülür.