Hər zaman xalqın yanında olan Prezident
Qələbə günlərindən sonra gecikmədən- 16 noyabr tarixində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Fizuli və Cəbrayıl rayonlarına, o cümlədən Fizuli və Cəbrayıl şəhərlərinə səfəri böyük izdihamla qarşılandı.Bu qarşılanma xalq-iqtidar birliyinin ən gözəl göstəricisidir.Əhali düşməndən yenicə azad olunmuş torpaqlarda öz Prezidentini xüsusi coşqu ilə qarşıladı. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident sevinc hisslərini xalqla bölüşdü. Xalqın rəğbətini, məhəbbətini, ən başlıcası isə inamını qazanmaq hər bir ölkə başçısı üçün mükafatdır. Bu mükafatı qazandığını Cənab Prezident sübut etdi. Azərbaycan Respublikasının Prezidenti sübut etdi ki, bütün dövrlərdə və yaşanan hadisələrdə o, xalqın yanında olmaqdan qürur duyur. Bütün təhlükələrə rəğmən Fizuli və Cəbrayıl rayonlarına yollandı və sevincini xalqla bölüşməklə daim xalqın yanında olacağını bir daha təstiqlədi. Elə bu birlik, həmrəylik, xalqın orduya, Ali Baş Komandanına dəstəyi və inamı sürətli və tam qələbəinin qazanılmasının daha da sürətləndirdi.
Bir tərəfdə öz xalqından gizlənən, yalan vədləri ilə xalqını aldadan Paşinyan bir tərəfdə qələbə bayramlaşması ilə , qələbə sevinci ilə işğaldan azad olunmuş ərazilərə səfər edən İlham Əliyev! Və bu səfəri ilə : “Qarabağ Azərbaycandır!”- deyən İlham Əliyev həmin məhşur nidanı qoymuş oldu.
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfəri , Xudafərin körpüsünü ziyarət etmələri qələbənin rəsmiləşdirilməsi deməkdir.
Əhali ilə görüşündə ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda 27 ildə etdikləri vəhşiliklərə diqqət çəkən Prezident əl-ələ verib, xalqın və dövlətin birliyi ilə bütün torpaqlarımızı gülüstana çevirəcəyimizi , bütün dağılmış evlərin yenidən bərpa olunacağını, soydaşlarımızın yaşayışları üçün zəruri olan hər bir şərait yaradılacağını söylədi.
İlham Əliyev səfər zamanı bildirmişdir ki, biz işğaldan azad olunmuş Fizuli şəhərindən və ona qədər olan kəndlərdən Fizuli şəhərinə qədər və Fizuli şəhərindən Şuşa şəhərinə qədər yeni yol çəkirik. Bu yol heç bir zaman olmamışdır.Sovet dövründə vətəndaşlar Şuşaya Ağdam ərazisindən gedirdilər. İndi isə artıq yol çəkilişi böyük sürətlə davam edir. Prezident səfər çərçivəsində yol layihəsi ilə yaxından tanış oldu. İşğaldan azad edilmiş ərazilərimizdə yeni həyat başladığını söylədi.
İşğaldan azad olunmuş bölgələrdə Qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevinc və etimadını nümayiş etdirdi. Prezidentimizin deidiyi kimi daxildəki həmrəylik, milli birlik , vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki , bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda plana keçirsinlər.
Cənab İlham Əliyev əhali ilə söhbətində vurğuladı:”Əgər bu birlik olmasaydı , milli həmrəylik olmasaydı biz heçvaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.Güclü siyasi iradə, xalq iqtidar birliyi onların planlarını alt-üst etdi”.
Məhz Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev sayəsində bu gün Azərbaycan Respublikası dünyanın ən xoşbəxt xalqları sırasında durur.Yaşasın məğrur Azərbaycan Xalqı, Yaşasın məğrur Azərbaycan ordusu, Yaşasın məğrur Azərbaycan Prezidenti!
149 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Musayeva Azadə