Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağa həyat qayıdacaqdır

19 noyabr 2020 | 16:00
   Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatdı. Müzəffər Azərbaycan ordusu düşmən üzərində qələbə çaldı. Prezidentimiz , Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi dəmir yumruqla qazandıq bu qələbəni. Hər qarış torpağımız üçün ordumuz mübarizə apardı. Necə ki həmişə tariximizi qanımızla yazmışıq bu dəfədə elə oldu. Vətən müharibəsi adlandırdığımız ikinci Qarabağ müharibəsində ordumuzun gücü,  şəhidlərimizin qanı ilə qaytardıq işğal olunmuş torpaqlarımızı.

   Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70- dən çox kənd azad edildi. Şuşanın azad edilməsi , keçilməz Şuşa qalasının geri qaytarılması bu mübarizədə Azərbaycan ordusunun nə qədər məqsədli, güclü və cəsarətli olduğunu göstərdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.
  Belə ki, ermənilər otuz il ərzində torpaqlarımızı işğal altında saxlayaraq, istismar ediblər, təbii resurslarımızı oğurlayıblar, kəndlərimizi, şəhərlərimizi dağıdıblar. Bu, qarşımızdakı düşmənin vəhşiliyindən xəbər verir. Belə vəziyyət işğal olunan, habelə artıq yarıdan azad edilən torpaqlarda da özünü aydın göstərir. Həmin ərazilərimizdə dağıdılmayan bir bina, bir infrastruktur belə qalmayıb. Hər yer xarabalığa çevrilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, təhqir edilib: “Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər”. Prezident İlham Əliyevin xalqa müraciətində vurğulandığı kimi, erməni vəhşiliyinin, barbarlığının izləri qalan işğaldan xilas edilən torpaqlarımıza tezliklə böyük qayıdış başlayacaq – məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, o yerlərdə geniş abadlıq quruculuq tədbirləri həyata keçiriləcək.
   Noyabrın 16 da Prezidentimiz İlham Əliyev  və Vitse Prezident Mehriban Əliyeva Füzuliyə və Cəbrayıla səfər edib.  Belə ki  Prezidentimiz Xüdafərin körpüsünədə gedib, bu körpünün dostluq körpüsü olduğunu vurğuladı. Lakin gördüyü mənzərə hecdə ürək açıcı deyildi. Hər yer dağıdılıb, yerlə yeksan olunub. 
   Buradakı çıxışında İlham Əliyev dəymiş zərər hesablanacaq, dəqiq uçot aparılacaq və düşmən törətdiyi vəhşiliyə görə beynəlxaql hüquq çərçivəsində cavab verəcək deyə qeyd etdi.. Həmcinin qələbəmizin düsmən mifi üzərində şanlı qələbə olduğunuda vurğuladı. Bu Xocalı cinayətkarları, Kaçaryan, Sarkisyanlar üzərində qələbədi dedi Cənab Prezident.
   Artıq Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.
   Hələ bu başlanğıcdır.Artıq işğaldan azad olunmuş ərzilərə dəymiş zərəri hesablamaq üçün xüsusi komendantlar yaradılır, elektrik xətləri, yol çəkilməyə başlayıb.Bu torpaqlarda yenidən xalqımızın yaşaması ücün hər cür şərait, infrastruktur yaradılacaq. Millətimiz yenə sülh və əminamanlıq şəraitində öz doğma evlərində yaşayacaqlar. Dövlətimizin bu işləri görmək üçün hər bir imkanı var. Biz bunu Cocukmərcanlının timsalında gördük. Xarabalığa çevrilmiş ərzilərimiz yenidən cənnətə çevriləcək . Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb , mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.
   44 günlük müharibə dövründə xalqımız Prezientimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində tarixə yazılacaq qələbə çaldıq. 30 il işğalda olan 20% torpaqlarımızı azad  etdik. Bundan sonrada belə olacaq . Ali Baş Komandanımızın , dövlətimizin səyi nəticəsində işğaldan azad olunan ərzilərimizdə həyat bərp olunacaq . Şuşada , Cıdır düzündə Qarabağ atları çapacaq, gənc nəslin görmədiyi xarı bülbülü görəcəyik. Qarabağdan yenə Qarabağ şikəstəsinin səsi gələcək. Bu qələbəyə görə ordumuza, Ali Baş Komandanımıza nə qədər minnətdar olsaq azdır.

181№ li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Qasımova Xəyalə Şiraslan qızı

Keçidlər