Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

01 mart 2014 | 16:00

28 fevral 2014-cü il tarixində  Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayının qarşısında  1-Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir . Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Xəzər rayonunun  idarə və müəssisələrin rəhbərləri və  orta ümumtəhsil məktəblərinin kollektivləri  iştirak etmişdir.
     Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov və  Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Adil Hüseynov giriş sözü ilə çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndirdilər və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğuladılar.
     Çıxışlardan sonra tədbirdə iştirak edən mülki müdafiə dəstələrinin mənəvi və fiziki hazırlıq səviyyələrinə, maddi-texniki bazalarına baxış keçirildi, müvafiq tövsiyə və tapşırıqlar verildi.

Keçidlər