Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə və Azərbaycan Ordusunun rəşadəti haqqında

16 noyabr 2020 | 16:00
  Artıq 30 il ildirki hər bir Azərbaycanlının qəlbində həsrət, dilində nəğmə, gözlərində yaş idi Qarabağ. Bəli çoxlarımız dilimizə gətirə bilməsəkdə amma ümidlərimiz tükənmişdi. Bizim üçün xarı bülbül, cıdır düzü , isa bulağı 30 il öncədən çəkilmiş ağ qara kadrlar idi.
  27 sentyabr 2020 ci il Prezidentimiz Ali Baş Komandan  erməni təxribatının qarşısını alamaq üçün orduya döyüş əmri verdi. Hər birimizin qəlbimizdə sanki bir günəş doğdu Qarabağ həsrətinə. Ordumuzun qələbə sorağını özünü çox gözlətmədi. Belə ki, oktyabrın 3- ü tarixi Suqovuşan ərzisi və yüksəkliyi, 4 oktyabrda Cəbrayıl şəhəri , 9  oktyabrda Hardrud qəsəbəsi, 17 oktyabrda Fizuli şəhəri, 20 oktyabrda Zəngilan şəhəri, 24 oktyabrda Qubadlı şəhəri işğaldan azad olundu.Xocavəd rayonun coxsaylı kəndləri, Xocalının bəzi kəndləri və nəhayət ordumuz Laçına daxil oldu. Prezidentimiz hər gün xalqımıza yeni - yeni azad olunan ərazilərimizin müjdəsini verirdi. Lakin hər bir azərbaycanlının qəlbi Şuşada döyünürdü.Nəhayət o gün gəlib çatdı. Müzəffər Azərbaycan ordusu Şuşa şəhərini geri qaytardı. 8 Noyabr 2020 ci il Ali Baş Komandanımız İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunması xəbərini elan etdi. Üçrəngli Azərbaycan bayrağı artıq Şuşada dalğalanırdı. Bu hər bir azərbaycanlının arzusu idi, sevinci, xoşbəxtliyi idi. Noyabrın  9 da 71 kənd , 1 qəsəbə, 8 starteji yeksəklik əldə edildi. Artıq hər gün biraz daha yaxınlaşırdıq qələbəyə, qələbə gününə.

  44 gün müharibə  müddətində düşmanın əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Artıq Ermənistan üçün məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu yox idi. Noyabrın 9 dan 10 na keçən gecə 3 dövlət , Rusiya, Azərbaycan, Ermənistan arasında kapitulyasiya imzalandı.  Bu Azərbaycanın tam qələbəsi, Ermənistanın isə tam məğlubiyyəti idi. Prezidentimiz canlı yayımla xalqımıza müraicət edərək qələbə müjdəsini verdi. Müharibə başa çatdı, biz qalib gəldik, Ermənistan bizim şərtlərimizi qəbul etdi, düşmənə şərtləri biz diktə etdik.
  Prezidentimiz xalqımıza bir qarış belə torpağımız düşman tapdağında qalmayacaq, düşmənə heç bir şərtlə müxtariət verməyəcəyik demişdi. Elə də oldu. Düşmənin heç bir istəyinə əməl edilmədi, bir qarış belə torpağımız  düşməndə qalmadı. Xalqımız küçələrə çıxaraq qələbəni qeyd etdi. Nə gözəl yaraşır üçrəngli bayrağıma yüksəkələrdə dalğalanmaq. Qalib xalqın zəfər bayrağı artıq Azərbaycanın , Qarabağın hər bir nöqtəsində dalğalandı.
  Ali Baş Komandan ,Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı – qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən qaytarıldı,  üstəlik Prezidentimizin dediyi kimi bizə dəqiq tarix verildi. Belə ki noyabrrın 15 -i Kəlbəcər, 20- si Ağdam, dekabrın 1-i  Laçın boşaldılıb geri qaytarılmalıdır. Sülhün və atəşkəsin izlənilməsi üçün rus sülhməramlıları bölgəyə yerləşdirildi. Qarabağın Ermənistanla yeganə əlaqəsi Laçın dəhlizi ilə 5 km olacaq. İmzalanan üçtərəfli sazişin mühüm strateji bəndi isə Naxçıvana quru yol, dəhlizin verilməsi oldu. Artıq Naxçıvan doğma yurdumuzla qovuşacaq. Həmçinin, Qazaxın işğal olunmuş kəndləri, Naxçıvanın Kərki kəndi də geri qaytarılacaq. Türk sülhməramlılarının da bölgəyə gələcəyi münaqişənin həllində xalqımızı sevindirən mühüm amil oldu.Türkiyə həmişə xalqımızın və dövlətimizin yanında dimdik durdu.
  Müharibə bittikdən sonra Prezidentimiz ilk olaraq qazilərimizlə görüşdü. Bu qələbəni şəhidlərimiz, qazilərimiz, bütünlükdə Azərbaycan ordusunun əzmi ilə qazandığımızı vurğuladı. Biz tariximizi qanımızla yazan xalq olmuşuq. Bu dəfə də elə oldu şəhidlərimizin qanı ilə qaytardıq hər qarış torpağımızı. Artıq qürurla deyə bilərik QARABAĞ AZƏRBAYCANDIR,QARABAĞ AZƏRBAYCANINDIR!

181 nömrəli tam orta məktəbin tarix müəllimi

Arzu Yaqubova

Keçidlər