Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni vandalizmi, Qarabağa qayıdış, qazilərə qayğı və quruculuq işləri

15 noyabr 2020 | 16:00

  Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və işğal planlarının qarşısını almaq üçün və torpaqlarımızı azad etmək məqsədi ilə sentyabrın 27-dən etibarən əks hücum əməliyyatlarına başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində qüdrətli  Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu silahlı qüvvələrini darmadağın etdi. Uzun illər ərzində düşmən tapdağı altında qalan Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Xocavənd, Laçın və Qarabağın dilbər guşəsi olan Şuşa şəhərini işğaldan azad etdi. Xalqımızın, Ali Baş Komandanın birliyi Azərbaycan Ordusunun zəfər yürüşünün əsasını qoydu. 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Şuşanın alınması düşməni məğlub etdi, onun bütün imkanlarını çökdürdü. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalan tərəf məğlub hesab edilir və təslim olur. İmzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.
  Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi ölkəmizdə böyük coşqu və sevinclə qarşılandı.

  Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürdü. 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından Ermənistan qoşunlarının çıxarılması təmin ediləcək. Sülhyaratma prosesi Rusiya və Türkiyənin iştirakı ilə təmin ediləcək. İmzalanmış sazişə əsasən 1960 hərbçidən, 90 zirehli transportyordan və 380 avtomobil texnikasından ibarət olan sülhməramlı qüvvələr Qarabağda 5 il müddətinə yerləşdiriləcək  və Rusiya sülhməramlıları əməliyyatların idarə edilməsi üçün Xankəndi şəhərində komandanlığını yerləşdiriləcək.
  Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli istiqamətində Türkiyənin iştirakı vacibdir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq monitorinq missiyasında fəal yer alacaq və Azərbaycanın maraqlarının əleyhinə atılan addımların qarşısı alınacaq. “İki dövlət, bir millət” ifadəsi əbəs yerə deyilməyib. Türkiyə istər hərbi, istər sülh şəraitində hər zaman yanımızdadır. İmzalanan sənədə əsasən, Türkiyə silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti 3 il müəyyənləşdirilir.
  Sənəddə yer alan digər məqam Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür. Dağlıq Qarabağa status verilməməsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin etdi. Hər iki istiqamətdə maneəsiz hərəkətin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi sənədin əhəmiyyətini artırdı.
  İlham Əliyevin imzaladığı bəyanat yalnız savaşın yekun həllini təmin edəcək hüquqi sənəd deyil, daha çox Azərbaycanın əsirlər boyu davam edən münaqişədə qalib tərəfə çevrilməsini və ərazi bütövlüyünü təsdiqlədi.
Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər zaman rast gəlinir. Uzun illərdi Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulandada cinayət əməllərindən əl çəkmir. İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan qoşunları ərazilərdə ekoloji cinayət törədir. Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət milli-mədəni irsin qorunub saxlanmasına, ölkəmizdə yaşayan bütün xalqların dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni irsi, abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilib, qəbir daşları belə yerindən çıxarılıb. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın göstərilir.
   Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra dövlət ordusu yaradıldı. Milli zabit kadrlarımızın hazırlanmasına başlandı. Ulu Öndərin diqqət və qayğısı nəticəsində müasir hərbi təhsil müəsisələri yaradıldı. Bu da ölkəmizdə hərbçi peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadı. Bu gün Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü orduları sırasındadır. Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Bizim ordumuzu güvənc yeri bilməsi, qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramıdır. Əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikasını inkişaf etdirərək, regionda qlobal güc mərkəzlərindən birinə çevirdi.
   Eşq Olsun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev!
   Eşq olsun Azərbaycan Ordusuna!
   Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır!

 "Şaqan Reabilitasiya Pansionatı" PHŞ-nın

Həkimi: Mirzəyeva Ulduz

Keçidlər