Qələbəyə aparan yol
08.11.2020-ci il tarixində Cənab Ali Baş komandan İlham Əliyevin Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməsi, şəhidlər xiyabanında Şəhidlərimizin məzarlarını ziyarət etməsi və məhz şəhidlər xiyabanında Azərbaycan xalqına Azərbaycanın mənəvi və mədəni paytaxtı olan Şuşa Şəhərinin erməni terror və muzdlu dəstələrindən azad olunması xəbərini çatdırması Azərbaycan xalqına qələbənin uzaqda olmadığının anonsunu verdi. Çıxışı zamanı Cənab Ali Baş Komandan – Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqda əbədi yaşayacağıq.
Ermənistan rəhbərliyinin səriştəsiz siyasət yürütməsinə xülyalarla yaşamasına toxunan Ali baş Komandan qeyd edir. Şuşada o dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistanın baş naziri gedib orda iştrak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq. İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovduq.
Qələbəyə aparan yol məhz Şuşanın və ardınça 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi ermənistan tərəfinin faktiki döyüş meydanında biabırcasına məğlubiyyətinə gətirdi. Döyüş meydanındakı qələbəmiz Cənab Ali Baş komandanın diktə etdiyi Bəyanatın imzalanmasına nail olmaq, siysi qələbənidə qazandığımızı göstərdi. Bu bəyanatda Dağlıq Qarabağın statusu ilə bağlı sözün belə olmaması düşmən tərəfinin əbədi olaraq həm hərb həmdə siyasi cəhbhədə məğlub olduğunu göstərdi.
Heç kim Azərbaycan xalqının Səbri ilə oynaya bilməz deyən Ali Baş komandan –Ermənistan baş nazirinin məğlubiyyətini qorxaxca etiraf etməsiniə nail olduğumuzu Azərbaycan xalqına çatdırırı
Paşinyan bəyanatı qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Azərbaycanın dəmir yumruğunun hesabına imzalayır!
Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər.
Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq.
Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.
Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.
BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Bu bəyanatın, siyasi qələbənin Ali Baş Komandanın müahribənin ilk günlərində dediyi, diktə etdiyi kimi qrafiklə işğal olunmuş ərazilərdən ermənistanın hərbi birləşmələrinin çıxarılması noyabrın 20 – dək Ağdam rayonunun, noyabrın 15-dək Kəlbəcər rayonunun, dekabrın 1 –dək Laçın rayonunun Azərbaycana qaytarılması dünyanın siyasi arenasında Azərbaycanın söz sahibi olmasının,siyasi iradənin, milli birliyin olmasıdır.
Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi erməni xislətinin baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq deməkdir. Azərbaycan xalqını sevindirən canı bir qanı bir qardaşımız Türkiyənində bu məsələlrdə söz sahibi olmasıdır. İki dövlət bir millət olaraq əbədi və sarsılmaz qardaşlığımız davam edəcəkdir.
Məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri öz ata baba torpaqlarına qayıdacaq sül və əminamanlıq şəraitində yaşıyacaq. Dövlətimizin iqtisadi qüdrəti nəticəsində tez bir zamanda insanların yaşaması üçün ən gözəl şərait yaradılacaq.
Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslər, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək.
Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtatr Respublikası arasında təhlükəsiz nəqiliyyat bərpa ediləcək.
Dəmir yumruq birliyimizin rəmzidir!
Qarabağ Azərbaycandır!
216 nömrəli tam orta məktəbin direktoru
Elnur Bayramov