Şriftin ölçüsü :

Saytın rəngi :

Ucalan bayrağımız

09 noyabr 2020 | 16:00

  

 Yaşadığımız bu günlər milli tarix salnaməmizə qızıl həriflərlə yazılan günlərdir. Bütün tarix ərzində xalqımız bu günkü qədər möhtərəm, əzəmətli və qürurlu görünməmişdir. Bunun əsas səbəbi isə əzəli torpaqlarımız olan Qarabağın Erməni işğalçılarından təmizlənməsi istiqamətində atılan haqq savaşımızdır. Haqq-ədalət işi uğrunda aparılan mübarizə isə hər bir xalqı digərlərindən bir boy uca saxlayır. Azərbaycan xalqının bügünkü tarixinin baş qəhrəmanı isə heç şüphəsiz ki, düşmənə qarşı mübarizədə ard-arda mühüm zəfərlərə imzalar atan zəmanəmizin böyük ictimai və görkəmli xadimi, əsl strateq olan Ali Baş Komandanımız İlham Əliyev cənablarıdır. Ötən qısa zaman keşiyində Müzəffər Azərbaycan Ordusu son 30 il ərzində müqəddəs torpaqlarımızda yalnız beton səngərlər quraraq arxasında gizlənib təxribatlarla məşğul olan Erməni faşiztlərinə sarsıdıcı zərbələr endirmişlər. Azərbaycan döyüşçülərinin bu hünər və cəsarətlərinə təkcə ermənilər yox, onların himayədarları olan dünyanın böyük gücləri də mat-məətəl qalmışlar. Bu isə bilavasitə ötən illər ərzində ölkəmizin rəhbəri möhtərəm İlham Əliyev cənablarına ordu quruculuğuna göstərdiyi diqqət və qayğısı ilə bağlıdır. Bu gün işğal altında azad olunmuş bölgələrimizin hər yerində milli bayrağımız dalğalanmaqdadır. İllər öncə İlham Əliyev cənabları vurğulamışdır ki, zaman gələcək bizim milli bayrağımız işğal olunmuş bütün ərazilərimizdə o cümlədən Xankəndində dalğalanacaqdır. Bu artıq həqiqətə çevrilmişdir. Azərbaycan bayrağı bizim İlham mənbəyimizdir. Qarabağ torpağında dalğalanan bayrağımız artıq dünyanın hər yerindən görünməkdədir.

 Bu gün ölkəmizdə dövlət bayrağı günü kimi qeyd edilir.  Qeyd edək ki, Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 2009-cu il noyabr 9-da Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub.

 Cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağ Günü kimi qeyd olunur. 9 noyabr tarixi bizim hər birimiz üçün son dərəcə əziz və sayğılı günlərdəndir. İlk növbədə ona görə ki, bu günü rəsmi bayram günü qeyd olunmasını məhz möhtərəm Prezidentimiz İlham Əliyev cənabları, digər tərəfdən bu günlərdə torpaqlarımız işğaldan azad edildikcə o yerə üç rəngli bayraqlarımız sancılmaqdadır.  Bu dünya dövlətləri içərisində xalqımızın və dövlətimizin nüfuz və hörmətini bir daha artırmaqdadır.

 Milli bayramımız bizim nüfuzumuzdur, şanımız, şöhrətimizdir. Cənab İlham Əliyev kimi dövlət Başçımız olan xalqımızın bayrağı həmişə zirvələrdə dalğalanacaqdır!
 Bayraq gününüz mübarək.

 

Keçidlər