Xəzər rayon icra hakimiyyəti başçısının 2013-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
2014-cü il fevral ayının 25-da rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Xəzər rayonunda 2013-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Mərdəkan Mədəniyyət sarayında 500 nəfər rayon ictimaiyyətinin iştirakı ilə keçirilən hesabat konfransında Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev və Rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov iştirak etmişdir.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar mədəniyyət sarayının foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi göstəricilərini əks etdirən filmi izləyiblər.
Filmin nümayişindən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov 2013-cü ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 9 yanvar 2014-cu il tarixində Nazirlər Kabinetinin 2013-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında ölkə başcısı qeyd etmişdir ki, 2013-cü ildə Azərbaycanın iqtisadi artımı ugurlu olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
Ötən ildə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı 317 milyon 675,2 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 99,9 % olmuşdur.
Nəqliyyat sektorunda 537 milyon 882,4 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % cox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 4 milyon 067,9 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% cox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 994 milyon 220 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 148,9 faiz olmuşdur. İstifadə edilmiş investisiyaların 599 milyon 372,7 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,8 faiz atrmışdır.
İstehlak və xidmət bazarlarında əhaliyə 903 milyon 270,7 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 492 milyon 880,1 min manata, pullu xidmətlərin həcmi 410 milyon 390,6 min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 18,4 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 0,6 fazi kənd təsərrüfatı bazarları, 81 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2012-cu illə müqayisədə 16,6 faiz çoxalaraq 613,8 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 24 faiz artaraq 955,7 manat, tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 85,1 faiz olaraq 833,9 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 1734 yeni iş yeri açılmışdır. Bunun 42-i yeni yaradılmış müəssisə və təşkilatlar, 114-u mövcud müəssisə və təşkilatlar, 1578-i isə fiziki şəxslər tərəfindən açılmışdır. Ümumiyyətlə son 11 il ərzində rayon ərazisində 17 min 16 yeni iş yerləri açılmışdır.
2013-cu ildə rayonun yerli xərcləri 4 milyon 148 min 575 manata qarşı 3 milyon 903 min 19 manat icra olunmuşdur.
Ayrı-ayrı bölmələr üzrə xərclərin icrası aşağıdakı kimi olmuşdur.
«Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması» bölməsi üzrə hesabat dövründə 781 min 920 manata qarşı 737 min 595 manat ;
Sosial təminat xərcləri 164 min 829 manata qarşı 154 min 365 manat,
«Mənzil və Kommunal Təsərrüfatı» bölməsi üzrə 2 milyon 460 min 116 manata qarşı 2 milyon 456 min 942 manat ,
Əsas bölmələrə aid edilməyən xərclər bölməsi üzrə 741 min 710 manata qarşı 554 min 117 manat vəsait icra olunmuşdur.
2013-cu il ərzində Sosial Müdafiə Fondu tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 32 milyon 839,3 min manat təşkil etmiş, 16 min 78 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir, Onlardan yaşa görə 10 min 731 nəfər, əlilliyə görə 3 min 842 nəfər, ailə başçısının itirməsinə görə 1505 nəfər pensiyaçıya vəsait ödənilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 3154 ailə müraciət etmişdir ki, bunlardan 2770 ailənin sənədləri qeydiyyata alınaraq müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 2770 nəfər ailəyə 347 min 2504 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Hesabat dövründə Məşgulluq Mərkəzinə 1284 nəfər işaxtaran vətəndaş müraciət etmiş və onlardan 422 nəfəri münasib işlə təmin edilmişdir. İşlə təmin olunmuş 422 nəfərdən 27 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan 24 nəfəri kvota üzrə işə düzəlmişlər.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş , yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir. Mərdəkan qəsəbəsində Heydər Əliyev adına məkəzi parkda yenidənqurma işlərinə başlanılmış və hazırda da işlər davam etdirilir. Umumi sahəsi 2,6 hektar olan parkda 13 min 774 kv.m bəzək daşı, 2100 kv.m səki daşı, 1100 kv.m üzlük daşı, 85 kv.m qranit daşı, 800 paqon metr aglay daşı vurulmuş, 12 min 144 kv.m sahəyə qazon əkilmiş, 1200 paqon metr su xətti, 690 paqon metr elektrik xətti çəkilmiş və 171 paqon metr qaz xəttinin yeri dəyişdirilmişdir. Parkın ərazisində səhnə, 2 fəvvarə və 3 söhbətgah tikilmiş, N.Rəsulov küçəsindəki, parka paralel olan 5 mərtəbəli yaşayış binasının 1080 kv.m damı yenidən qurulmuş, hazırda binanın fasadına müasir üslubda aglay daş vurulur.
Hesabat dövrundə rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür. Gürgən qəsəbəsində 12 min kv.m, Buzovna qəsəbəsində 42.600 kv.m, Şüvəlan qəsəbəsində 72.800 kv.m qəsəbədaxili yollara asfalt örtüyü salınmışıdr. Eyni zamanda Buzovna-Şüvəlan dairəvi yolu-7,6 km, Qala-Pirallahi magistral yolu-21,1 km, Hava limanı-Zıg beton yolundan Qala dördyoluna qədər-13 km, Buzovna–Maştaga yoluna-12 km olmaqla cəmi 53,7 km. yol yenidən qurulmuşdur.Hazırda Buzovna-Mərdəkan-Qala dairəvi yolunun və Binə qəsəbəsi mərkəzi İsazadə küçəsinin yenidən qurulması işləri davam etdirilir. Bütövlükdə isə rayon üzrə 2013-cü il ərzində 68,3 km məsafəyə yeni asfalt örtüyü salınmışdır.
Yaşıllıqların salınması ilə əlaqədar 2013-ci il ərzində rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə 15 min 940 agac əkilmişdir. Hazırda da ərazilərdə yaşıllıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövründə Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən qəsəbələrdəki çoxmərtəbəli binaların su, qaz, kanalizasiya və elektrik xətlərində, yaşayış evlərinin fasad və dam örtüklərində təmir işləri aparılmışdır.
Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 25 və 27 saylı binaların dam örtüyü dəyişdirilmiş, binaların fasadları və tüstü bacaları əsaslı təmir edilmişdir. Binə, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələrindəki coxmənzilli yaşayış binalarının dam örtükləri payız-qış mövsümü ilə əlaqədar 2526 kv.m həcmində cari təmir edilmişdir. Buzovna qəsəbəsi G.Məmmədov və V.Seryoqin kücələrində yerləşən 9 mərtəbəli binalarda 5 ədəd yeni lift quraşdırılmışdır.
Hesabat dövründə Qaz təchizatı ilə baglı cəmi rayon üzrə 2013-ci il ərzində müxtəlif diametrli 587 min 37 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir
Rayonda əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 96,8 % , abonentlərin ödənişdə iştirakı 82,5 faiz, abonentlərin saygaclaşması isə 96 faiz təşkil etmişdir.
Elektrik enerjisi təchizatı sahəsində rayon ərazisində 15 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 17 ədəd KTM yenisi ilə əvəz edilmiş, 12 ədəd aşagı güclü transformatorlar daha güclüləri ilə əvəz edilmiş, 7 ədəd yeni transformator məntəqəsi tikilmiş, 60 ədəd yarımstansiya cari təmir edilmiş, 117 min 823 metr kabel və hava xətti , 21 min 489 metr naqil çəkilmişdir.
Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 100 faiz, abonentlərin ödənişdə iştirakı 72% ,saygaclaşma isə 98,6 faiz təşkil etmişdir.
Su və kanalizasiya sahəsi üzrə Dövlət Proqramı çərçivəsində Qala ,Buzovna, Binə, Şagan, Şüvəlan, Mərdəkan qəsəbələrində cəmi 136.445 paqon metr su xətti və 4167 ev su birləşməsi, 16.580 paqon metr isə kanalizasiya xətti çəkilmişdir. Həmçinin ötən dövr ərzində Ceyranbatan-Qala su xəttinin cəkilişi başa çatdırılmış və 10 min kub. tutumu olan Qala su anbarı istifadəyə verilmişdir. Bunun nəticəsində 14 min 458 abonent 24 saat ərzində fasiləsiz icməli su ilə təmin olunmuşdur.
Hesabat dövründə əhaliyə 512 min 800 manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 543 min 400 manat yıgım aparılaraq ödənişə 105,9 faiz nail olunmuşdur.Abonentlərin ödənişdə iştirakı 80 faiz, saygaclaşma isə 54,2 faiz olmuşdur.
Əhalinin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Binə və Zirə qəsəblərinin hər birində 10 min kub.metr tutumlu su anbarlarının tikintisi tamamlanmaq üzrədir.
Hesabat dövründə təhsil müəssisələrin müasir avadanlıqlar və inventarlarla, müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi də diqqət mərkəzində saxlanılmış, məktəblər kompüterlərlə təchiz edilmişdir.
Təhsil sahəsi üzrə Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində Buzovna qəsəbəsində 26 , 125 , 206 saylı, Binə qəsəbəsində 121 saylı, Buzovna qəsəbəsində 234 saylı məktəblərin əsaslı təmiri başa çatdırılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilərək şagirdlərin istifadəsinə verilmişdir. Ötən dövrdə Qala qəsəbəsində 185 saylı məktəbin yeni korpusunun tikintisi başa çatdırılmış, hazırda Şüvəlan qəsəbəsi 2 saylı xüsusi təyinatlı internat məktəbinin və 4 saylı valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbinin yeni binasının tikintisi davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri üçün hazırlıq işləri görülür.
Məktəbəqədər tərbiyə müəssisələrin yenidən qurulması istiqamətində Binə qəsəbəsində 285 saylı, Buzovna qəsəbəsində 246 və 289 saylı, Türkan qəsəbəsində yeni uşaq bagçalarının tikintisi başa çatdırılmış və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı ilə acılış mərasimləri kecirilərək uşaqların istifadəsinə verilmişdir. Eyni zamanda hesabat ilində Buzovna qəsəbəsində 4 saylı uşaq incəsənət məktəbinin əlavə zalının tikintisi başa çatdırılmışdır.
Əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə həyata keçirilməsinə ötən dövrdə də xüsusi diqqət göstərilmiş, vətəndaşlara nümünəvi xidmət məqsədilə tibb müəssisələrinin maddi texniki bazası xeyli genişləndirilmişdir.
Səhiyyə sahəsi üzrə Türkan qəsəbəsində 2 mərtəbəli Diaqnostika Mərkəzi və Şagan qəsəbəsində tibb məntəqəsi tikilərək avadanlıq və inventarlarla təchiz edilmişdir. Mərdəkan qəsəbəsində 26 saylı Birləşmiş şəhər xəstəxanasının və Şüvəlan qəsəbəsində 36 saylı Uşaq agciyər sanatoriyasının əsaslı təmiri başa çatdırılmışdır. Hazırda Buzovna qəsəbəsində Respublika Uşaq kardioloji sanatoriyasının əsaslı təmiri davam etdirilir. Turkan Diaqnostika mərkəzinin və 26 saylı xəstəxananın acılış mərasimlərində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanim Əliyeva iştirak etmişdir.
Mədəniyyət sahəsi üzrə Buzovna qəsəbəsində Mədəniyyət evi tamamilə təmirə yararsız oldugu üçün sökülərək yeni binanin tikintisinə başlanmış və hazırda tamamlama işləri görülür.
Dini ibadət yerlərinin, o cümlədən məscid və ziyarətgahların əsaslı təmiri və yenidənqurulması ötən dövrdə diqqətdə saxlanılmış, Binə qəsəbəsində İmam Rza məscidi, Mərdəkan qəsəbəsində Heydər məscidi təmir olunaraq istifadəyə verilmişdir. Hazırda Heydər Əliyev Fondunun prezidenti , millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Zirə qəsəbəsində Cümə məscidinin tamamilə sökülərək yenidən tikilməsi işinə başlanılmışdır.
Gənclər və İdman sahəsi üzrə hesabat dövründə Dövlət Proqramına müvafiq olaraq Şüvəlan qəsəbəsində 3 mərtəbəli Gənclər Evinin tikintisi başa çatdırılmış, Buzovna qəsəbəsində idman zalının və Mərdəkan qəsəbəsində mini stadionun tikintisi davam etdirilir.
Hesabat ilində rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xətirəsi ehtiramla yad edilmişdir.
Novruz bayramı münasibətilə Mərdəkan Mədəniyyət sarayının qarşısında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, atəşfəşanlıq keçirilmiş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə ərzaq yardımı paylanılmışdır.
Ulu ondər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Mərdəkan mədəniyyət sarayının qarşısında Gül bayramı təşkil olunmuş, rayonun idarə, müəssisə,təkilatları, o cümlədən məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Azərbaycan dövlət televiziyasının canlı yayımı ilə bayram konserti təşkil olunmuş, respublikanın tanınmış sənət admları rayon ictimaiyyətinin nümayəndələri qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Eyni zamanda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar respublikamizdan kənarda, Xəzər rayonu ilə qardaşlaşmış Polşa Respublikasının Nadajın şəhərində silsilə tədbirlər keçirilmişdir. İlk növbədə azərbaycan diaspora nümayəndələri ilə görüş keçirilmiş, azərbaycan milli mətbəxini əks etdirən ziyafət verilmiş və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir. O cümlədən, 2-ci İohan Pavel adına gimnaziyada yuxarı sinif şagirdləri arasında “Azərbaycan şərqlə qərb arasında qapı” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş , qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Müsabiqə qalibləri və həvəslənirici yerləri tutan 11 nəfər polyak şagirdi və 3 nəfər müəllim olmaqla 14 nəfərlik nümayəndə heyəti Azərbaycana dəvət edilmiş və 16-24 iyun 2013-cü il tarixlərində Xəzər rayonunda və paytaxtımızın tarixi və digər görməli yerləri ilə tanış edilmiş, ən yüksək təəssüratlarla Polşaya yola salınmışdırlar. Eyni zamanda baglanmış sazişə əsasən şagird mübadiləsi proqramı çərçivəsində cari ildə Xəzər rayon şagirdlərinin yay aylarında Polşaya 10 günlük səfəri nəzərdə tutulur.
2013-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına əsasən 1995-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1978-1994-cu illərdə doğulmuş, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 729 nəfər gənc tibbi müayinədən keçərək hərbi xidmətə yola salınmış, qarşıya qoyulmuş plan-tapşırıq vaxtında yerinə yetirilmişdir.
Xəzər rayon hüquq-mühafizə orqanları cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində öz fəaliyyətlərini Azərbaycan Republikasının qanunlarının tələbləri səviyyəsində qurmuşdur.
Ötən dövrdə rayon ərazisində 802 cinayət hadisələrindən 700-nün üstü açılmışdır ki, bu da 88,7 faiz təşkil etmişdir.
2013-cu il Prezident seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının normal iş şəraitində fəaliyyət göstərmələri üçün müvafiq tədbirlər həyata keçirilmiş, məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilmiş, namizədlərin seçicilərlə görüş keçirmələri üçün aciq və qapalı yerlər müəyyən edilmiş, seçkilərin azad, ədalətli və demokratik şəraitdə keçirilməsinə ciddi hazırlıq işləri görülmüşdür. Nəticə etibarilə Prezident seçkiləri rayonda yuksək fəallıqla keçirilmiş, rayon üzrə seçicilərin 77 faizi secki məntəqələrinə gələrək öz iradələrini sərbəst ifadə etmişlər.
Xəzər RİH Başçısı aparatında vətəndaşların müraciət, ərizə və şikayətləri, onların qəbul edilməsi və daxil olmuş sənədlərlə əlaqədar kargüzarlıq işləri «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının qanunlarına , təlimat və digər hüquqi normativ aktların tələblərinə müvafiq olaraq aparılmışdır.
2013-cu il ərzində RİH Aparatına 3327 ərizə, şikayət və müraciət və 2162 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 3327 ərizə və muraciətdən 1322 ərizə musbət həll edilmiş, 3 ərizə əsassız sayılmış, 15 ərizənin icrası Dövlət Proqramında nəzərdə tutulmuş, 4 ərizə aidiyyatı üzrə göndərilmiş, 1983 ərizəyə lazımi izahat və təkliflər verilmişdir.
Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 113 nəfər vətəndaş olmuşdur. Onlardan 52 müraciət müsbət həll edilmiş, 57 müraciətə izahat verilmiş, 4 müraciət əsasında aidiyyatı təşkilatlara müraciət olunmuşdur. Maddi köməklik edilməsi ilə əlaqədar 19 nəfər aztəminatlı vətəndaşa maddi yardım göstərilmişdir.
2013-cü il ərzində RİH Başçısı tərəfindən qəsəbələrdə 24 səyyar qəbul keçirilmiş, 2650 nəfər iştirak etmiş və 196 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş müraciətlərin mütləq əksəriyyəti müsbət həll edilmişdir.
Ötən dövr ərzində vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin bir qismi elektron formada həyata kecirilmişdir. İcra Hakimiyyəti Başcısının sakinlərələ daha sıx əlaqəsini təmin etmək, canlı müşahidə formasında video konfransların keçirilməsi məqsədilə İcra hakimiyyəti aparatında Operativ idarəetmə mərkəzi yaradılmış və qəsəbələrdə quraşdırılmış manitorlar vasitəsilə sakinlərin müraciətləri dinlənilmiş və həlli ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülmüşdür.
Görülən işlərlə yanaşı rayonda hələ də tam olaraq həllini tapmamış bir sıra məsələlər qalmaqdadır.Lakin sevindirici hal ondan ibarətdir ki həmin məsələrin həlli istiqamətində hal-hazıra işlər görülür və yaxud da 2014-2016-ci illər üzrə nəzərdə tutulmuş Dövlət Proqramında oz əksini tapmışdır. Ötən illərin təhlilini aparsaq görərik ki, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair 2011-2013-cü illər üzrə nəzərdə tutulan dövlət proqramında Xəzər rayonunda 89 tədbirin icrası nəzərdə tutulmuşdur ki , onun da 82-i tam olaraq başa çatdırılmış, 1 obyektdə iş davam edir, 1 obyektdə iş dayandırılıb və 6 obyektdə işə başlanılmamışdır.
Yeni qəbul edilmiş 2014-2016-ci illər üzrə Dövlət Proqramında Xəzər rayonunda 39 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. O cümlədən, təhsil sahəsi üzrə, 33 saylı məktəbin idman zalının tikintisi, 121 saylı məktəbin əsas korpusunun əsaslı təmiri, 181 saylı məktəb üçün 18 əlavə sinif otagının tikintisi, 323 və 324 saylı məktəblərin cari təmiri, Qala qəsəbəsi hərbi şəhərcik tərəfdə 600 şagird yerlik və Binə qəsəbəsi Südçülük sovxozu ərazisində 1300 şagird yerlik yeni məktəb binalarının tikintisi, 2 nömrəli uşaq bagçasının sökülərək yerində 80 yerlik bagçanın tikintisi, 144 nömrəli və İnci uşaq bagçalarının əsaslı təmiri nəzərdə tutulmuşdur. Səhiyyə sahəsi üzrə, 5 nömrəli Uşaq vərəm sanatoriyasının sökülərək yeni binasının tikintisi və Respublika Müharibə veteranları xəstəxanasının təmiri və avadanlıqlarla təchiz olunması , mədəniyyət sahəsi üzrə Şagan qəsəbə Mədəniyyət evinin 350 yerlik yeni binasının, İdman sahəsi üzrə rayon Şahmat məktəbinin, Buzovna qəsəbəsində futbol stadionunun, digər qəsəbələrdə idman meydançalarının tikintisi, Əhalinin sosial müdafiəsi sahəsində Mərdəkan qəsəbəsi Əlilllər üçün Müalicə pansionatının yenidən qurulması, Şagan qəsəbəsi Müharibə Əlilləri üçün müalicə pansionatının əsaslı təmiri, Əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Zirə və Binə qəsəbələrində yangından mühafizə bölmələri,Mərdəkan, Buzovna , Şüvəlan,Türkan, Şagan, Qala qəsəbələrində yangına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda qaz, elektrik, istilik və su –kanalizasiya təchizatının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, qəsəbədaxili yolların əsaslı təmiri və yenidən qurulması, məişət tullantılarının daşınması məqsədilə rayonda çeşidləmə və yukləmə-boşaltma məntəqəsinin yaradılması, sahibkarlıgın inkişafının və müasir istixana təsərrüfatlarının yaradılmasının dəstəklənməsi proqramda öz əksini tapmışdır.Ümidvarıq ki, nəzərdə tutulan tədbirlər həyata keçirildikdən sonra rayonumuzda mövcud problemlər , ən əsası uzun illərdən qalan su və kanalizasiya problemi bütün qəsəbələrdə öz həllini tapacaqdır.
Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.
Konfransda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, 26 saylı BŞX-nın Baş həkimi Telman Novruzov və 149 nömrəli Tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək görülən işlər lə bağlı Cənab Prezident İlham Əliyevə və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər