Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər ordunun güclü Ali Baş Komandanı

31 oktyabr 2020 | 16:00

 Qarabağda erməni təcavüzkarlığına qarşı əks-hücum əməliyyatlarının davam etməsindən bir aydan artıq vaxt kecməsinə baxmayaraq şanlı ordumuz müasir hərb tarixində öz möhrünü vurmağı bacarıb. Əldə edilən böyük nəaliyyətlər, azad olunan ərazilər, düşmənə vurulan maddi-mənəvi zərbələr bunu deməyə əsas verir. Bütün bunların isə səbabkarı heç şübhəsiz Ali Baş Komandan Cənab İlham Əliyevdir. Ordumuzun dünya standartlarına cavab verən maddi-texniki bazasının yaradılması istiqamətində illərlə görülən işlər öz sözünü deməkdədir. Cənab Prezidentin cıxışlarında dəfələrlə qeyd etdiyi kimi “Azərbaycan Ordusu Qafqazın ən qüdrətli ordusudur” cümləsi bu gün praktiki olaraq döyüş meydanında öz isbatını tapıb. Daima xarici havadarlarına güvənərək avanturist, populist çıxışlarılə yadda qalan düşmən ölkənin baş naziri-Nikol Paşinyan müharibənin davam etdiyi bir ay ərzində həm öz siyasi nüfuzunu, həm də təmsil etdiyi ölkənin xarici imicini rüsvaycı vəziyyətə salmış oldu.

    Paşınyan heç bir rasionallığa sığmayan-klassik erməni millətciliyini xatırladan  siyasətilə bütün beynəlxalq konfranslarda cənab Prezident İlham Əliyevin yüksək elmi,fəlsəfi, tarixi, praqmatik cıxışları qarşısında daiam aciz vəziyyətə düşməklə onu göstərdiki artıq Qarabağın azadlığına çox az bir zaman qalıb. Cənab Prezident İlham Əliyev yürütdüyü dinamik inkişaf siyasətinin məntiqi nəticəsi kimi xalq-ordu birliyi yüksək vətənpərvərlik müstəvisində davam etməkdədir. Bunu Prezident müsahibə verdiyi bütün yerli və xarici mətbuata da qeyd etmişdir.
    Cənab Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibəsində bir daha  həm ölkəmizin, həm də regionun gələcəyini müəyyənləşdirən bir çox məqamlara toxundu. Döyüş meydanında   özünün üstünlüyünü sübut edən      Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasında olduğunu bildirən Cənab İlham Əliyev bir ay ərzində torpaqların xeyli hissəsinin işğaldan azad olunmasını xüsusi olaraq qeyd etmək lazımdır. Bunu artıq həm düşmən ölkənin dövlət rəsmiləri, həm də ölkəmizin inkişafını qəbul etmək istəməyən xarici və daxili qüvvələr də qəbul etməyə başlamışlar. Həmcinin Cənab Prezident Ermənistan hakimiyyətinin qeyri-konstruktiv yanaşma nümayiş etdirməsini də kəskin tənqid etdi. Ermənistanın işğal etdiyi torpaqlardan qoşunlarını çıxartmaq haqda üzərinə öhdəlik götürəcəyi təqdirdə hərbi əməliyyatların həmin an dayanacağını bildirən İlham Əliyev bir daha dünyaya öz humanist dəyərlərə sadiq qaldığı, məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu göstərdi. Lakin qarşılığıda Ermənistanın mövcud siyasi rejimi nə ilə cavab verdi? Mülki əhalini hədəf alan kasetli raketlərdən istifadə etməklə bir daha ənənəvi terror ruhuna sadiqliyini göstərdi. Münaqişənin başlamasından bu günə kimi artıq 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox insan yaralanıb. Bu isə Cənab Prezidentin də qeyd etdiyi kimi hərbi cinayətdir. Ermənistanın bu hərbi cinayətinin kökündə isə bir əsrdən artıq davam edən millətcilik terroru dayanır. Belə ki, nasist alman ordusunun sıralarında öz faşist ideologiyası ilə fərqlənən Njde Qaraginə abidə ucaldan bir dövlətdən başqa nə gözləmək olar? 1977-ci ildə Moskva metrosundaki terror aktinin təşkilatcısı Stepan Zatikyan bu gün belə erməni gənclərinə nümunəvi vətənpərvər şəxs kimi təqdim olunur. 1983-cü ildə Fransanın Orli hava limanında terror akti nəticəsində onlarla insanın ölməsinə və yaranması səbəb olmuş terrorcu Nair Soner 2001-ci ildə bəraət aldıqdan sonra Ermənistana gəlmiş və ölkənin o vaxtkı baş naziri Andranik Markaryan tərəfindən qəbul edilmişdir. Baş nazir ona olan rəğbətini gizlətməmişdir. 21-ci əsrdə bir terrorcunu ölkənin yüksək vəzifə sahibi qəbul edir və ona öz rəğbətini bildirir. Budur Ermənistan dövlətinin terror dəstəyi. Budur indiki Ermənistan iqtidarının sələflərinin getdiyi ideoloji yola sədaqəti. Bütün bunlara baxmayaraq tarixi ədalət öz yerini tapacaqdır. Bütün bunları çox gözəl bilən Cənab Prezident rəsmi İrəvanının daima başqa ölkələrin arxasında gizlənməyə nail olduğunu, bunu artıq dövlət siyasətinə cevirdiyini və tarixi köklərinin olduğunu deməklə yuxarıda sadaladıqlarımızı bir daha təsdiqləyir.
    Tarixi faktdır ki, ermənilərin Qafqaz regionunda böyük kütlələr formasında yaşaması 19-cu əsrin əvvəllərinə dayanır. Onların burada yerləşdirilməsinin də böyük imperialist güclərin parcala hökm et siyasəti dururdu. Belə ki, Qafqazda siyasi- mədəni özünü dərk prosesin güclənməsi nəticəsində yerli xalqların azadlıq hərəkatları məhz ermənilərin bilavasitə iştiraki ilə yatırdılıb. İstər 1905-ci il, istərsə də 1918-ci il hadisələri buna əyani sübutdur. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin süqutu da məhz erməni daşnaklarının tarixi torpaqlarımız olan Zəngəzur mahalında və Qarabağ bölgəsində müntəzəm üsyan dalğalarının yaratmaqları  ən əsas səbəblərdən biri olmuşdur. Ona görə də tarixi hadisələri dərindən bilən ölkə başcısı müsahibəsində haqlı olaraq “ Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır” fikrini qəti şəkildə ortaya qoydu.
    Cənab Prezident münaqişənin sülh yolu ilə həll olunmasından sonra nəinki münaqişə tərəflərinin həmcinin regionun da iqtisadi inkişafa nail olacağını, burada regional gücə sahib ölkələrin də hərtərfli əməkdaşlıq əlaqələrinin möhkəmlənəcəyini bildirdi. Buna görə də haqqlı olaraq beynəlxalq təşkilatların münaqişənin həllində daha aktiv olmalarını qeyd etməsi bir daha onu göstərdi ki, mövcud preblemin aradan qaldırılması istiqaməti ancaq və ancaq Azərbaycanın xeyrinə həll olunmaqla başa cata bilər. Cənab Prezident Dağlıq Qarabağdakı erməni icmasının da orada yaşamaq hüququnu tanıması, onların təhlükəsizliyinə zəmanət verməsi Azərbaycan xalqının əsrlərdir malik olduğu multikultural dəyərlərinə söykəndiyini göstərir.      Həmcinin münaqişənin həlli yolunda Türkiyənin də iştirak etməli olduğunu deyən Ali Baş Komandan regionda sülhün davamlı olması üçün ölkəmizin maraqlarını daima müdafiə edən qardaş ölkəni də burada sülhün təminatcısı kimi yerinin möhkəmlətməsinin vacibliyini bildirmiş oldu. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmayacağını bəyan edən ölkə rəhbəri bir daha Azərbaycan xalqının mütləq iradəsini bütün dünyaya nümayiş etdirdi. Bunu isə yalnız xalq-iqtidar birliyini formalaşdıran siyasi rəhbər edə bilərdi. Bu isə məhz cənab Ali Baş Komandan İlham Əliyevdir.

Tural Qasımov
Xəzər rayon gənci

Keçidlər