Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Xəzər rayonu ərazisində genişmiqyaslı işlər aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu çərçivədə rayonun Mərdəkan qəsəbəsində uzunluğu 2450 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində yay mövsümündə su çatışmamazlığını nəzərə alaraq 210 p/m xirdadiametrli su xətti, iridiametrli su xətti ilə əvəz olunmuşdur.
Yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək, üzərinə tamet daşlar döşənilib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək məqsədilə xüsusi parkinq yerləri yaradılıb.
Bundan başqa, aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün D400mm 1100 p/m, D200mm 800p/m yağış su xətti, 32 ədəd quyu və 16 ədəd barmaqlıq quraşdırılaraq, mövcud yağış-kanalizasiya sistemi də bərpa edilərək kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Daha sonra ara küçələrə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunub. Yolun bəzi hissələrinə ikiqat olmaqla, yeni asfalt-beton örtüyü döşənib. Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq, müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.