Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi əməliyyatlara Ermənistan başlayıb

29 oktyabr 2020 | 16:00

  Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyəti, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətinə diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyənat və fəaliyyəti sistemli xarakter daşıyır. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupunun Qarabağ problemi ilə bağlı həlledici mövqe tutmaması da ikili siyasətin göstəricisidir.

  Bakı ilə Yerevan arasında münaqişənin yeni kəskinləşməsi iyulun 12-də Azərbaycanın Tovuz rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında sərhəd sahəsində başladı. Gərginlik ocağı Ermənistan və Azərbaycanın artıq 30 ildən çoxdur ki, uğrunda mübarizə apardıqları Dağlıq Qarabağdan təxminən 300 km. aralıda yerləşir. Azərbaycanın Tovuz rayonu Gürcüstanla da həmsərhəddir. Bu, 2016-cı ilin aprel ayından bəri regionda baş verən ən ciddi sərhəd münaqişəsidir. Ermənistan tərəfi heç bir səbəb olmadan artilleriya silahlarından birinci olaraq atəş açmış və bununla da atəşkəs rejimini kobudcasına pozmuşdur.
  2016 Aprel və 2020 İyul döyüşlərində aldıqları əzici məğlubiyyətdən dərs çıxarmayan ermənilər sentyabrın 27-də saat 06:00 radələrində Azərbaycan Respublikasının Ağdam və Tərtər istiqamətində dinc əhalinin yaşayış məntəqələrinə iriçaplı silahlardan və artilleriya qurğularından açdığı qəfil atəş nəticəsində mülki şəxslər və hərbçilər arasında itkilər olmuşdur. Hücumun məhz həftəsonuna seçilməsi və əhalinin əsas etibarı ilə evlərində olması bir daha erməni hakimiyyətinin məkrli siyasətini və iç üzünü bütün dünyaya göstərdi.
  Sentyanrın 27-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozmuşdur. Bir neçə dəfə əldə olunan humanitar atəşkəslərin üzərindən heç bir gün belə keçməmiş Ermənistan ənənəsinə sadiq qalaraq öz məkrli əməlini həyata keçirir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ballistik raketlərə atəşə tutuldu. Gecə vaxtı yuxuda olan bir çox insanın, günahsız körpənin qatili oldu. Bu əməliylə Ermənistan bir daha heç bir beynəlxalq hüquqa və vasitəçiyə hörmət qoymadığını nümayiş etdirmiş oldu. Bundan başqa Ermənistan silahlı qüvvələri Xızıya 1, Ağcabədinin Poladlı kəndinə 2 raket zərbəsi endirib, 1 dron hücumuna cəhd edib. Azərbaycanın rayonlarına bombalar atılması, hərbi aviasiya qaldırılması kimi çirkin əməllər nəticəsində ölən və yaralananlar olub. Təəssüf doğuran məqam ondan ibarətdir ki, atəşkəslə bağlı Azərbaycana çoxsaylı müraciət edənlər Ermənistana heç bir irad tutmur və işğalçını faşist əməllərini dayandırmağa, Azərbaycan torpaqlarını boşaltmağa çağırmır.
  Enerji infrastrukturu, cənub qaz dəhlizi transadriatik Azad edilmə İranla sərhəd Dezinformasiya Qarşı tərəf Azərbaycan ordusunda muzdlu döyüşçülərin olduğunu iddia edir və onların bu əsassız fikirlərini Fransa da təsdiq edir. Lakin əllərində heç bir əsas yoxdur. Bu da onların növbəti yalan və qərəzlərlə dolu mövqeyini ortaya qoyur. Bu Ermənistan tərəfinin aldığı sarsıdıcı məğlubiyyətdən doğan əsassız bir uydurmadır. Əksinə Ermənistan özü Livan,Suriya və digər dövlətlərin ərazisindən muzdlu döyüşçüləridə qanunsuz yolla Ermənistana oradan isə Azərbaycanın işğal altındakı Qarabağ ərazisinə gətirdi. İlham Əliyev isə bildirdi ki, Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. İlham Əliyev onu da qeyd etdi ki, ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var: “Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir”.
  Ermənistan hakimiyyətinin həmçinin, digər ölkələrdən müxtəlif bəhanələrlə işğal altında olan Azərbaycan ərazilərinə erməni mənşəli əhalini yerləşdirməsi regionda sakitliyin təhdid altına alınmasına səbəb olur. Ermənistan özünün hərbi aventurasında muzdlulara arxalanır, Azərbaycanın işğal olunmuş ərazilərinə məskunlaşma adı altında muzdluları yerləşdirir. Belə hal birinci deyil. Ermənistan bundan əvvəl Asala terrorçularını və Livanda vətəndaş müharibəsində böyük təcrübə qazanmış “Arabo” quldur dəstəsini Birinci Qarabağ Müharibəsinə cəlb etmişdi. Bu siyasət indi də davam edir. Ermənistan Livandan, Suriyadan olan erməniləri PKK terrorçularını Dağlıq Qarabağa və ona bitişik 7 rayona toplayır. Ermənilərin qanunsuz olaraq Qarabağ bölgəsində süni məskunlaşdırılmasının hüquqi əsası yoxdur.
  2016-cı il aprel döyüşlərindən sonra Ermənistanın silahlanmaya meylliliyinin artması müşahidə olunmuşdur. Tovuz döyüşlərindən sonra isə bu silahlanma özünün pik həddinə çatmışdır. Bu isə öz növbəsində regionda sabitliyin pozulacığının bir göstəricisi idi. Azərbaycan Rusiyaya bu barədə dəfələrlə narahatlığını bildirmişdir. Türkiyə isə heç bir şəkildə münaqişəyə cəlb olunmamışdır. Türkiyə qardaş ölkədir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Ermənistanın hücumunun ilk günündən, Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil.
  ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar da heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir.

  İşğal olunmuş bu ərazilər azərbaycanlıların tarixən yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Bu, Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.

Gülər Salmanzadə
181 №li tam orta məktəbin tarix müəllimi

Keçidlər