Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır

26 oktyabr 2020 | 16:00
 1994cü ildə I Qarabağ müharibəsində atəşkəs elan olunandan bəri Erməninistan tərəfi intensiv olaraq atəşkəsi pozaraq,Azərbaycan tərəfin istər mülki,istərsədə hərbi obyektlərini hədəfə alıb çoxsaylı dağıntılara və insan tələfatına səbəb olmuşdur. Düşmən tərəfdən son dəfə belə bir atdım 27 sentyabr 2020 ci il tarixində cəbhənin Tərtər rayonu istiqamətində atıldı.
 Elə həmin gündən,yəni,Vətən müharibəsi başlayandan bu günə qədər Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələr verib. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyat və daxili siyasi proseslərlə bağlı bütün sualları cavablandıran İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb.


 Belə müsahibələrdən biri də ölkə başçısının ötən həftə Yaponiyanın “Nikkei”qazetinə verdiyi müsahibədir. Azərbaycan Prezidenti İlham Əliyevin həmin müsahibəsi ötən həftə ən çox oxunan məqalə olub. APA-nın məlumatına görə, bu barədə “Nikkei Asia”nın “Twitter” səhifəsində qeyd olunub.
 Hər şeydən əvvəl Cənab Prezident müsahibəsində bir daha vurğulayır ki,döyüş əməliyyatları yalnız Azərbaycan torpaqlarında aparılır və bizim məqsədimiz  ancaq öz torpaqlarımızı işğaldan azad etməkdir.Məsələylə bağlı ATƏTin Minsk qrupunun fəaliyyətinə toxunan ölkə başçısı 30 il ərzində bu qurumun heç bir nəticə əldə edə bilməməsini vurğuluyaraq,bildirir ki,əgər adı çəkilən qrum məsələyə konstruktiv yanaşsaydı,məsələ çoxdan dinc yolla, vaxtında həll olar və bugünki döyüş əməliyatlarna ehtiyac olmazdı.Eyni zamanda BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyri şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə  təmin edilmiş olardı.Minsk qrupunun bundan sonrakı fəaliyyəti ilə bağlı fikir bildirən prezident Türkiyənin danışıqlara cəlb olunmasından danışır və bildirir ki,Türkiyə Respublikası  bu gün təkcə Qafqazda deyil,daha geniş coğrafiyada nüfuz sahibidir.O, Cənubi Qafqazın hər üç dövləti ilə həmsərhəddir, münaqişə başlayan gündən Azərbaycanı dəstəkləyir.Bütün bu göstərilənlər Türkiyənin danışığlara cəlb olunmasının vacibliyini göstərir və bu səbəbdən də Türkiyə danışığlara cəlb olunub.
 Müsahibədə diqqət çəkən məqamlardan biridə döyüş əməliyyatlarının başlanmasından keçən müddət ərzində iki humanitar atəşkəs elan olunmasına baxmayaraq hər iki atəşkəsin Ermənistan tərəfdən çox qısa müddət sonra pozulmasının və bunun nəticəsində, münaqişə zonasına heç bir aidiyyatı olmayan ərazilərə- xüsusən Azərbaycanın ikinci böyük  şəhəri olan Gəncəyə ballistik raket atılması 15 dinc sakinin (5nəfər azyaşlı olmaqla)həlak olması, 48 dinc sakinin yaralanması,çox saylı mülkü obyektlərin,yaşayış evlərinin dağıdılmasının qeyd olunmasıdır.
  Bunlardan əlavə  cənab prezident bir daha və qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını müsahibəsində  qeyd edir və bildirir ki, biz müharibə tərafdarı deyilik,biz Ermənistandan fərqli olaraq  döyüş əməliyatlarında xarici dövlətlərin köməyindən istifadə etmir,ordumuzun tərkibində xarici  muzdlular döyüşmür.Bizin məqsədimiz 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməkdir.Həmçinin prezident:” Bizim  dinc erməni əhali ilə heç bir işimiz yoxdur,onlar Azərbaycan vətandaşı olaraq istədikləri qədər Azərbaycan torpaqlarında yaşaya bilərlər” deməklə dünyaya bir sülh, barış mesajı verməklə yanaşı Ermənistanın separatçılıq niyyətlərinə heç vaxt yol verməyəcəyimizi bəyan etdi.
Bəli, bu gün cənab İlham Əliyevin  uzaqgörən ,məqsədyönlü, siyasəti nəticəsində xalq onun ətrafında bir yumruq kimi birləşib, qətiyyətlə, əzmlə, vüqarla düşməni torpaqlarmızdan qovur. Hətda  müxalif qüvvələr belə bu siyasəti bəyənib,alqışlayır. Buna misal  son günlər 50 dən artıq siyasi partiyanın cənab prezidentin siyasətini dəsdəklədiyini bəyan etməsidir.
   Çox qısa vaxt keçəcək və torpaqlarımız düşmən  işğalıdan tamamilə azad olacaq. Müstəqil Azərbaycanın tamam yeni bir dövrü başlayacaq. Fərqli bir dövrü. Qarabağlı bir dövrü. Bu dövrü bizə ulu öndər Heydər Əliyev  vəsiyyət etmiş. Bu dövrü bizə İlham Əliyev bəxş edəcəkdir.
Fikirlərimi Ali Baş komandanın fikiri ilə tamamlayıram: ”QARABAĞ AZƏRBAYCANDIR VƏ ! işarəsi” 
 

Bakı Şəhəri Xəzər Rayonu
156№li tam orta məktəbin tarix müəllimi
Elxan Şıxməmməd oğlu Kazımov.

Keçidlər