ATƏT-in Minsk qrupu həmsədr ölkələrin vasitəçiliyi
Azərbaycan nəinki ön cəbhədə, hətta dünya masasında belə öz mövqeyini əzmlə möhkəmləndirməkdə daim mübarizə aparmış və aparmaqdadır.Ali Baş Komandan İ.Əliyev dəfələrlə ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin vasitəsilə keçirilən,həmçinin bir sıra mühüm görüşlərdə iştirak edərək münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda öz humanist mövqeyini bildirmişdir.Lakin mənfur ermənistanın təxribatları ordumuzun əks-hücuma keçməsinə,işğal olunmuş torpaqlarımızı silah gücünə azad etməsinə vadar
etmişdir.
Danılmazdır ki, 28 il ərzində möhkəmlənmiş rəşadətli ordumuzun müsəlləh əsgərləri bu gün cəbhə meydanında Ali Baş Komandanının uğurlu siyasəti və əzmkar xalqının duası və inamı sayəsində şücaət göstərməkdədir.Bu qarşılıqlı inam və birliyin nəticəsidir ki,ordumuza saysız-hesabsız könüllülər axışmaqdadır. Artıq “səbir kasası daşmış” Azərbaycan vişğalçı,terrorist düşmənin atdığı addımlarının cavabını yerindəcə verir,illərdir düşmən əsarəti altında qalan “oğullar”ını azad edir. ”İşğaldan azad” xəbəri artıq gündəlik xəbərə çevrilməkdədir.Rəqibinin coşduğunu görən xəyanətkar ermənistan xalqı isə bu döyüşün acı sonluğunu dərk edir,ordudan yayınır,əsgərləri fərariliyə cəhd edir.Zəncirlənmiş düşmən cəsədləri buna bariz nümunədir.Əlacsız qalan,hərtərəfli məğlubiyyətə uğrayan,ancaq təslim olmağı özünə ar bilən arsızlar Yaxın Şərqdən müzdluları və döyüşçüləri münaqişə zonasına cəlb etmək məcburiyyətində qalmışlar. Ermənilər üçün əfsuslar olsun ki, artıq muzdlular da məğlubiyyət qoxusu verən döyüşdən imtina edirlər. Bütün bu biabırçılıqlara baxmayaraq, qarşı tərəf həmişəki kimi şər-böhtana əl ataraq, şayiələr və dezinformasiyalar yaymaqla “düşmən”in əzmini qıraraq qalib gələcəklərini düşünürlər. Bir reallığı qəbul etmək istəmirlər ki,Azərbaycan Ordusunun heç bir əlavə-xarici qüvvəyə ehtiyacı yoxdur!Bu gün Azərbaycan Respublikası hər şeydə olduğu kimi, nizami,s ağlam əqidəli, ən ümdəsi zəfər qələbəsi ilə coşub-daşan rəşadətli orduya malikdir! Məhz bu günlərdə zərrə qədər də olsa xalqını düşünən(əgər düşünürsə) bir ölkə idarəçisi artıq məntiqli davranmalı, məkrli, işğalçılıq siyasətinə və riyakarlığa son qoymalı,malik olduqlarına(əgər halallıqla malik olublarsa) qane olmalı,öz acı taleyi ilə barışmalıdır. Döyüş meydanında belə yenilməz Azərbaycanın kim olduğuna bələd olan düşmən ordusu bizim torpaqlarımızdan geri çəkilməlidir. Yaşasın Azərbaycan!Qarabağ Azərbaycandır!
149 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi
Ələsgərova Gülmirə Mirəziz.