Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər davam etdirir

24 oktyabr 2020 | 16:00

  Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.

  

  Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirilir.

  

  Reydlər zamanı fəaliyyət göstərən ərzaq mağazalarında və fəaliyətinə icazə verilən digər obyektlərdə karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılıb, maarifləndirici söhbətlər aparılıb,  əsasən obyektlərdə növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb və əhaliyə  tibbi maskalar paylanılıb.

  

Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

   

Bundan əlavə, rayonun digər qəsəbələrində də mobil qruplar tərəfindən reydlər keçirilib və vətəndaşlarla maarifləndirmə işləri aparılıb.

  

Keçidlər