Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır!

22 oktyabr 2020 | 16:00
 Ermənistan milləti özünü işğalçı kimi görmək istəməsə də, bu gerçəyi bütün dünya bilir.

Rusiyanın TASS informasiya agentliyinə müsahibəsi zamanı Azərbaycan Respublikasının Prezidenit İlham Əliyev bildirmişdir ki,  hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir, Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb.Ermənistanın işğalçı ölkə olduğunu sübüt etmək üçün tarixə baxaq.


     1828-ci ildə imzalanmış Türkmənçay və 1829-cu ildə imzalanmış Adrianopol müqavilələrinə görə, ermənilər Azərbaycan torpaqlarına Russiya tərəfindən köçürülmüşdü. Baxmayaraq ki, ermənilər hələ 1441-ci ildə Qaraqoyunlu Cahanşah tərəfindən bu ərazilərə yerləşdiriliblər, məhz XX-ci əsrin əvvələrində kütləvi şəkildə Azərbaycan torpaqlarında məskunlaşıblar.
N. Lavrov yazırdı:” Cənubi Qafqazın istilasınadək burada erməni xalqı yüksək mövqeyə malik deyildi. Ermənilər əsas etibarı ilə Osmanlı dövləti ərazisində və İranda yaşayırdılar. Ermənilərin Cənubi Qafqaza köçürülməsi İran və Osmanlı ilə 1828-1829-cu illər müharibəsindən sonra başlanmışdır.1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40 mindən və Osmanlı dövlətindən 84 mindən çox erməni köçürülmüşdür. Onlar Yelizavetpol, Qarabağ, İrəvan, Borçalı, Axalsıx və Axalkələk bölgələrinin ən yaxşı torpaqlarında yerləşdirilmişlər”.


   Beləliklə, ermənilər daha böyük sayda Azərbaycana yerləşməyə başladılar. 1923-cü ilin göstəricilərinə görə, 20 min Qarabağ bölgəsində yaşayan ailələrdən yalnız 1,5 mini erməni idi. Yalnız bu göstərici dəyişir və artıq 1897-ci ildə azərbaycanlılar əhalinin yalnız 45% təşkil edirdilər. Qeyd edək ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən qirğın Qarabağı da əhatə etmişdir.
1918-ci ildə, Ermənistan da Azərbaycan kimi müstəqillik elan etmişdi, yalnız bu müstəqillik uzun çəkmədi, və Ermənistanda Azərbaycanla birgə Sovet Russiyanın tərkibinə daxil oldu. Qeyd edək ki, 1918-ci ildə yaranmış Ermənistan dövləti tarixdə ilk Ermənistan ölkəsi olub.

   1920-ci ildə, Sovet Rusiyası tərəfindən Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi nəzərdə tutulurdu. Bu azmış kimi, əzəli torpaqlarımız olan Zəngəzur, Naxçıvan, Qarabağ isə “mübahisəli ərazi” hesab edilirdi. N.Nərimanovun qəti etirazından sonra iyulun 5-də Qafqaz Bürosu yeni qərar qəbul etdi: Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın və inzibati mərkəzi Şuşa şəhəri olmaqla, ona vilayət muxtariyyəti verilsin. N.Nərimanov Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsini Rusiyanın Azərbaycanın başına gətirdiyi fəlakətlərin başlanğıcı hesab edirdi. Heç də yanılmadı.


   Qeyd edək ki, 1978-ci ildə Dağlıq Qarabaqda ermənilər öz köçürülmələrinin 150 ilini qeyd edirdilər və bu səbəbdən Ağdərə rayonunda abidə ucaldıldı. Bütün bu faktlar ermənilərin Dağlıq Qarabağın yerli əhalisi olmadığını təsdiqləyir. Nəticə olaraq, erməni milləti Dağlıq Qarabaqda öz müqəddəratını təyinetmə haqqına sahib deyil. Bu isə beynəlxalq hüququn pozulmasıdı.
BMT Təhlükəsizlik Şurası Ermənistan dövlətinə dörd qətnamə göndərib. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Ermənistandan qoşunların tamamilə geri çəkilməsini tələb edir və Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu qeyd edir. (https://undocs.org/en/S/RES/884(1993). Bu münaqişənin sülh yolu ilə həll olunması üçün, 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçı təyin olunublar. ATƏT-in Minsk qrupu status-kvonun qəbuledilməz olduğunu bildirir və Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.


İlham Əliyev:”Status-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik.   Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdu.”


   Həm tarix, həmdə beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycan millətinə mənsubiyyətini təsdiqləyir. Bu halda Ermənistanın bu ərazidə hökmranlığı qeyri mümkündü. Heç bir ölkə Qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. Bu bir daha haqqın Azərbaycanın tərəfində olmasını göstərir. Bu səbəbdən Ermənistan Dağlıq Qarabağı təcili halda tərk etməlidi. Çünki: QARABAĞ AZƏRBAYCANDIR!

Xəzər rayonu, 216№-li tam orta 
məktəbin riyaziyyat müəllimi
          Ramazanova Mehriban Firdovsi qızı

Keçidlər