Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

22 fevral 2014 | 16:00

 21 fevral 2014-cü il tarixdə Xəzər rayonu Mərdəkan Mədəniyyət evində  26 fevral-Xocalı soyqırımının 22-ci il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.
      Tədbirdə Xəzər RİH başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, Xəzər rayon İnkişaf Fondunun sədri İlqar Musatafayev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və rayon hüquq mühafizə orqanlarının rəhbərləri ilə yanaşı 380 nəfər rayon ictimaiyyəti iştirak etmişdir.
    Tədbirdən öncə Mərdəkan  Mədəniyyət sarayının foyesində “Xocalı soyqırımı şağirdlərin gözü ilə” mövzusunda rəsm sərgisi nümayiş etdirilmişdir.
      Daha sonra  Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Xocalı           Soyqırımının 22-ci ildönümünə həsr olunmuş “İlahi bü zülmü yerdə qoyma ” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər