Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu
Bütün dünya Ermənistan faşist rəhəbərliyinin sivil əhaliyə qarşı insanlığa sığmayan əməmllərinin canlı şahidi oldu. Gecə 01:00 radələrində erməni terror hakimiyyəti Gəncə və Mingəçevir şəhərlərini qadağan olunmuş ballistik raketlərlə atəşə tutması və nəticədə Gəncə şəhərində 14 şəxs o cümlədən 2 yazyaşlı uşağın həyatını itirməsi, 55 nəfərdən çox insanın ciddi xəsarət alması xalqımıza, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir.
Şuşaya və Qarabağın digər şəhərlərində yerləşən hərbi hissələrə Livan, Suriya habelə digər terrorist yurdu olan ölkələrdən muzdlu döyüşçülər, erməni və digər millətlərdən olan terroristlərin gətirilməsi hərbi cinayətdir və Cenevrə Konvensiyasına ziddir. Rəsmi İrəvan Cenevrə Konvensiyasına qarşı əməlləri ilə öz əhalisini və dövlətini ucuruma aparır. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə mütləq cəlb etməlidir. Belə insanı cinayətlərdə iştirak etməkdən imtina edən erməni əhalisi artıq hərbi komissarlıqların önündə mitinqlər təşkil edir, həqiqəti dərk edirlər. Həqiqət isə Azərbaycan xalqının haqq yolunda Vətən müharibəsinə başlamasıdır.
Bizləri düşümdürüən məsələlərdən biri də Ermənistanın kütləvi silahlanmasıdır. Heç bir təbii ehtiyatı olmadan, bütün regional layihələrdən kənar qalmış bir dövlət, bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda habelə xarici dövlət borcu ölkənin ümumdaxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah sursatı və texnikanı hansı yollarla əldə edib. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə bu kütləvi silahlanmanın mənbəyi araşdırıldı. Bu silahlanmanın mənbəyini məhz Rusiyanın cənub şəhərləri olduğu aşkar olundu. DTK, kəşfiyyat və kosmik peyklərimiz vasitəsilə əldə olunan görüntülər və məlumatlar Ali Baş Komandan tərəfindən xalqımıza çatdırıldı. Stat: “Heç bir qüvvə bizim qələbəmizin qarşısını ala bilməz. Xocalıya görə heç kim onları məsuliyyətə cəlb etmədi, Gəncəyə görə də heç kim etməsə, biz özümüz onları cəzalandıracağıq, özü də ədalətli şəkildə cəzalandıracağıq və ən ağır cəza verəcəyik.- Ali Baş Komandan
Füzuli şəhərinin azad olunması xalqımızın kədərli gününə sevinc gətirə bildi. Tarixi şəhərimizin azad olunması böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Onun qaytarılması minlərlə soydaşımızın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir. Füzuli şəhəri Qarabağın tam azad olunmasının açarı hesab olunur. Füzuli şəhərinin azad olunması əməliyyatı Müzəffər ordumuzun öz gücünü göstərdi. Erməni əsgərləri qorxudan öz silahlarını qoyub qaçmağa məcbur oldular. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaqdır. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir. Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən asanlıqla gəlir. Müzəffər Azərbaycan ordusu Vətənin azadlığı olan şərəfli missiyanın öhdəsindən layiqincə gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqımıza daha da yaxın etdi. Xalq və rəşadətli ordu öz qələbə salnaməsini yazır. Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edildi. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir. Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısı: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.
Qarabağa sülh həyatı qaytarılacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaq, Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. Məscidlərimizdə azan səsi yenidən eşidiləcəkdir. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir. Ordumuz öz gücünü döyüş meydanında göstərir. Haqq mübarizəsini aparan xalq xoşbəxtdir. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir. Azərbaycan xalqının haqq iradəsi dönməzdir. Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.Məqsədimiz qələbədir. Xalqın savaşı müqəddəs savaşdır! Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Dövlətin milli maraqları mütləq təmin olunacaqdır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunur. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz. Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür, öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açmır. Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.
YAŞASIN AZƏRBAYCAN ORDUSU! YAŞASIN AZƏRBAYCAN XALQI!
QARABAĞ AZƏRBAYCANDIR!
Həsənov Elzamin Ələmdar oğlu.
Xəzər rayonu 230 nömrəli tam orta məktəb
Tərbiyə işləri üzrə direktor muavini