Ermənistan dinc əhaliyə qarşı terror törədir
Sentyabr 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Dindirilmələrdən məlum oldu ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Düşmənin təxribatı , dinc əhalini atəşə tutması, atəşkəsi pozması bizim əks hücum tədbirləri görməyimiizə səbəb oldu. Nəticədə beləliklə vətən müharibəsi başlandı. Döyüş meydanında rəqibin çoxlu sayda itkisi oldu. Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsi ilə düşmənin 2 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Döyüş əməliyyatlarının nəticələri Azərbaycan ordusu üçün çox uğurludur.
Ordu düşmənin dərin eşolanlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrail şəhəri və Cəbrail rayonunun kəndlərinin bir çox hissəsi, Fizuli şəhəri və Fizuli rayonun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatlar davam edir. Döyüş meydanında məğlubiyyət düşmənin mənfur xislətini yenidən ortaya çıxartdı.Tarix boyu terror təşkilatları ilə məşhur olan ermənistan yenidən bu əməllərini ortaya qoydu. Nəticədə sivil əhaliyə qarşı qadağan olunmuş silahlar, mərmilər vasitəsi ilə Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Xızı istiqamətində atışlar oldu. Bu hücumlar nəticəsində 43 nəfər həlak olub 200 dən çox yaralı var. Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi. Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Hər kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qullquçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycan işğal edilmiş ərazilərinə Ağdama, Fizuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir.
Bütün bu məqamlar bir daha onların işğalçı siyasətini ortaya qoyur və Qarabağın Aərbaycan torpaqları olduğunu sübut edir. Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq bu vəzifədə olduğu bütün illər ərzində veridiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqının iradəsini Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir.
Qasımov Zakir
29 saylı BŞX-nın baş həkimin müavini






